|
Arif Hacılı: “Yalnız ciddi müzakirələr, ictimai debatlardan sonra referendum qərarının qəbul edilməsi mümkündür”
Musavat Partiyası başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində Konistitusiya dəyişikliyi barədə maraqlı yazı yazıb. Teleqraf.az Musavat başqanının yazısını təqdim edir:
Konstitusiyanın dəyişdidirilməsi normal cəmiyyətlər üçün çox mühüm hadisədir.
Yalnız ciddi müzakirələr, ictimai debatlardan sonra referendum qərarının qəbul edilməsi mümkündür.
Bu da yalnız onilliklər ərzində bir dəfə baş verir.
Azərbaycanda isə referendum keçirilməsi qərarı bir həftə ərzində, müzakirələrsiz, ictimai debatlar olmadan qəbul edildi.
Bu struktur dəyişikliyi deyil, dövlət quruluşu, idarəçilik sistemi dəyişdirilir. Prezident hakimiyyəti mütləqləşdirilir, parlament və Nazirlər Kabineti kimi hakimiyyət strukturlarının səlahiyyətləri bir qədər də məhdudlaşdırılır, mülkiyyət hüququna əl qoyulur.
2 ay ölkənin siyasi həyatı bu məsələyə kilidlənəcək, milyonlarla vəsait xərclənəcək.
Dəyişiklik təklifinin müəllifi isə bu dəyişikliləri nəinki müzakirəyə çıxartmır, hətta dəyişikliklərin hansı zərurətdən doğduğunu, hansı məqsədlə edildiyini belə açıqlamağı lazım bilmir.
Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır.
Bu davranış xalqa qarşı həqarətdir.
Biz belə davranışa layiq xalq deyilik.
Belə davranışa layiq olmadığımızı təsdiq etməliyik.
Elşən Əlisoy