|
Artıq bir neçə ildir ki, Borçalı Cəmiyyətinin təşkil etdiyi «Borçalı Türklərinin Elat Mədəniyyəti Günü» - Elat bayramı tədbiri bu il Gürcüstan hakimiyyəti tərəfindən əngəllənib.
Teleqraf.az-ın məlumatına görə, bu barədə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məlumat verərək Gürcüstan iqtidarının ciddi xətaya yol verdiyini deyib.
"Gürcüstan iqtidarı ciddi xətaya yol verdi.
Gürcüstanın indiki İvanişvili iqtidarı bir siyasi naşılığı, tərbiyəsizliyi də bu gün etdi. Azərbaycan, Borçalı Türklərinin mədəniyyətinə, Elat bayramına, milli bayrağa hörmətsizlik nümunəsi nümayiş etdirdilər. Danışıqlarda əldə olunmuş razılaşmaları pozaraq Elat bayramına aidiyyəti olmayan "Dmanisoba" kimi eqoist, cıllz layihə təqdim edib, milli mədəniyyətimizə dözümsüz yanaşaraq, diskriminasiya nümunəsi göstərdilər.
"Borçalı" İctimai Cəmiyyəti bu səbəbdən Elat bayramının qeyri müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin isə Elat bayramına heç bir aidiyyətinin olmadığını bəyan edir.
Eyni zamanda "Borçalı" İctimai Cəmiyyəti və Elat bayramına gəlmiş soydaşlarımız və qonaqlar adından bu siyasi tərbiyəsizliyə görə Gürcüstanın indiki iqtidarını ittiham edir, Gürcüstan seçicilərinin isə bu cür iqtidara layiq olmadığını bəyan edirik. "
P.S. Daha geniş açıqlama veriləcəkdir.
Elşən Əlisoy