|
“Hamı Eldar Mahmudovun cinayətlərindən danışır. Hamı sanki qəhrəmanıq edirmiş kimi davranır. Bəzi , qələm əhlindən soruşmaq lazımdır ki, niyə zamanında bunları arayıb, tapıb yazmırdınız?”
TELEQRAF.AZ xəbər verir ki,bu sözləri Daxili Qoşunların keçmiş komandanı, hazırda mühacirətdə olan Fəhmin Hacıyev deyib.
"Hamı Eldar Mahmudovun cinayətlərindən danışır. Hamı sanki qəhrəmanıq edirmiş kimi davranır. Bəzi , qələm əhlindən soruşmaq lazımdır ki, niyə zamanında bunları arayıb, tapıb yazmırdınız?
Niyə Xədicə İsmayılovanı meydanda tək qoyurdunuz? İndi Xədicə xanım Eldar Mahmudovdan yazmır, danışmır. Cünki, onunla mübarizə aparmaq artiq maraqlı deyil. Hər şey hamıya bəllidir. Hakimiyyətdə oturan daha böyük cinayətkarın ruporu oynamağı özünə sığışdırmır. Düz də edir, eşq olsun!
Hakimiyyətin MTN cinayyətləri partlaq verəndən sonra ilk dediyim cümlə budur ki, E. Mahmudov həbs edilməyəcək. Ondan sığortalanmanın tək yolu onun fiziki yoxluğudur. Əslində mafiya qanunlaı ilə düşündükdə E. Mahmudovun ehtiyatlı davranaraq hər ehtimala qarşı özünü sığortalaması başa düşüləndir. O gördü ki, bu hakimiyyət öz çirkin əməllərini Hacı Məmmədova gördürdü, iş partlaq verəndə isə onu hər şeydən məhrum etdi. Ona görə də ehtiyatını möhkəm tutdu. Qara günlər üçün vidiolentlər toplamağa başladı.
Bütün cəhətlərinə görə İlahm Əliyevdən üstün olan Eldar müəllimin çetebaşını öz torunda saxlaması alqışlanmalıdır. Çünki, zaman gələcək torun ilmələri söküldükcə hakimiyyət də sökülüb çökəcək."