Mirmahmud Mirəlioğlu: "Biz,  9 il qabaq Azərbaycan hakimiyyətinə Qarabağda anti terror əməliyyatı aparmaq üçün təkliflər paketi təqdim elədik. Bakıdakı ABŞ böyük  elçiliyinin  göstərdiyi maraq qədər Azərbaycan höküməti  bu paketə  maraq göstərmədi" 

Teleqraf.az KXCP sədri Mirmahmud Mirəlioğlunun Avropa. Info-ya verdiyi müsahibənin tam mətnini təqdim edir.

- Mirmahmud bəy ,son vaxtlar Qarabağ cəbhəsində şiddətli döyüşlər baş verdi və Azərbaycan  Ordusu bir neçə strateji yüksəkliyi erməni işğalından azad elədi. Bu əməliyyatlar Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dönüş yarada  bilərmi?  Proseslərin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız?

- Bu əməliyyatlar problemin həlli ilə bağlı Azərbaycanın etməli  olduğu və edə biləcəklərinin ilk müsbət testi oldu. Azərbaycan dünyaya göstərdi ki, o öz torpaqlarını işğaldan  azad etməlidir və edə bilər. 1994-cü ildən başlayan, Azərbaycana heç bir xeyri olmayan, bütün cəhətləri ilə Azərbaycan əleyhinə işləyən atəşkəs rejiminin  nə qədər  əhəmiyyətsiz olduğu təsdiqləndi.  Azərbaycanın xeyrinə artıq dönüş yaradıldı. İllər uzunu “sülh və ya hərb yolu” ilə problemin həll olunması  dilemması qarşısında  qoyulan  Azərbaycan cəmiyyəti məsələnin müharibə yolundan başqa   həll yolu  olmadığının  şahidi oldu. Azərbaycan öz ərazisində anti terror əməliyyatı aparmalı  idi. Biz,  9 il qabaq Azərbaycan hakimiyyətinə Qarabağda anti terror əməliyyatı aparmaq üçün təkliflər paketi təqdim elədik. Bakıdakı ABŞ böyük  elçiliyinin  göstərdiyi maraq qədər Azərbaycan höküməti  bu paketə  maraq göstərmədi . O zamankı ABŞ-ın  Azərbaycandakı  səfiri  Demokratiya Uğrunda İttifaqın “Qarabağda anti terror əməliyyatı”  təklifılər paketini öyrənmək üçün   iki dəfə  görüş keçirdi.

Biz bu döyüşlərdən sonra dayanmamalıydıq. Başladığımız  döyüşləri  başa çatdırmalıydıq.  İşğalçıların  maşa kimi istifadə etdikləri erməniləri  müqəddəs  torpaqlarımızdan təmizləməliydik. Beynəlxalq qanunlar, BMT  TŞ-nin 4 qətnaməsi  bizim  ən böyük silahımız idi.  Biz Azərbaycan əsgərinin qanıyla azad etdiyi və edəcək torpaqlarımızı  diplomatik gediş və beynəlxalq qanunlarla müdafiə etməyi də bacarmalıyıq.

Torpaqlarımızın işğaldan azad olunmasını  ordumuz təmin edirdi. Bizə məlum olmayan səbəblərdən, döyüşün dayandırılması əmri, mövcud reallıqlara xidmət etsə də,  işğalın aradan qaldırılmasına, zəfərin əldə edilməsinə mane oldu. İndiyə qədərki bütün müzakirələr , sammitlər, variantlar bu gün yenidən gündəmə gəlsə də, proseslərin inkişafı ordumuzun qələbəsindən asılıdır. Problemin sülh yolu ilə həlli də,  yalnız torpaqların bizm ordumuz  tərəfindən azad olunmasından  keçir. Sülh Azərbaycan əsgərinin silahı ilə  gəlməlidir. Reallaşacaq qəti  və son qələbə də  bizimdir ! Bunu dost da,  düşmən də bilməlidir. Və biz qalib gələcəyik!

- Mirmahmud bəy, ötən ilin Parlament seçkiləri öncəsi iqtidar -müxalifət dialoqu dayandırıldı. Bu dialoqun yenidən bərpa olunması üçün nələr tələb olunur. Sizcə, iqtidar – müxalifət dialoqunun əsas mövzusu nə olmalıdır?

 - Bu dialoq deyil,  görüş idi. Hakimiyyət görüşü dialoq adlandırsa da, özü görüşə ehtiyac duymadı.  Birincisi, hakimiyyətin istəyi tələb olunur. Hakimiyyət görüşü  istəmir. İqtidar müxalifət görüşünün  əsas mövzusunu Azərbaycan ordusu müəyyənləşdirsədə ,  Azərbaycan hakimiyyəti reallaşdırmadı. Bu gün Azərbaycan hakimiyyətinin  ideoloqları fərqində olmalıdırlar ki, Vətən, Torpaq, Dövlət, Bayraq uğrunda mübarizəyə qalxan bütöv bir cəmiyyətin  mübarizəsi də bu olmalıdır. Lakin görünən budur ki, rüşvət və korrupsiya  bü müqqədəs mübarizənin müzakirəsini də arxa plana qoyur.

- Uzun illərdir ki, Müxalifət Partiyaları seçkilərdən öncə  bir araya gəlir, seçkilərdən sonra isə  bu birliklər dağılır. Bəlkə bu birliklərin dağılmasının səbəbi vahid  ideoloji əsasların olmamasıdır. Yoxsa, başqa səbəblər də var?

- Dünyada da belə təcrübələr var. Vahid ideoloji əsasların olmaması, ümumi milli birlikdən, torpaq və vətən birliyindən  xeyli asılıdır. Postsovet məkanına daxil olan Azərbaycanda başqa səbəblər də var;  rüs və fars xidmətində duranlar, kommunist qafalılar, antidemolratik adamlar nə qədər hakimiyyətdə və müxalifətdə   aparıcı olacaqlarsa,  bu belə də  davam edəcək.

- Bir müddət öncə müxalifət partiyalarının Anti – böhran Koolisiyası yaradılıb. Lakin AXCP və  Müsavat bu qurumdan kənardadır. Bu partiyaların qurumda fəaliyyət göstərməməsi hansı səbəblərdən qaynaqlanır?

- Bu sualalın   doğru və obyektiv cavabı adını çəkdiyiniz partiyaların özündədir.  Böhrana qarşı, demokratiya,  azadlıq və insan haqları  uğrunda mübarizə aparanların bir yerdə olması çox  vacibdir. Amma hökm deyil. Hər  kəs,  bu və digər istiqamətdə fəaliyyətini özü müəyyənləşdirir və mübarizəsini özü aparır.

- Adətən, seçkilər başa çatan kimi siyasi partiyalar yeni seçkilərə hazırlaşır.  KXCP növbəti prezident seçkilərinə təkbaşına getmək fikrindədi, yoxsa Prezidentliyə vahid namizəd məsələsini  əsas prioritet hesab edir?

- Seçkiyə bir xeyli var. 2013-cü il seçkisi tarixə qovuşdu və bu seçkidə müxalifətin vahid namizəd taktikası özünü nə qədər doğrultdusa, hər kəs gördü. Vahid  namizəd məsələsi son prezident seçklilərində əslində müxalifətin namizədinin  olmamasına hesablanmış  bir gediş idi. Real namizədlərin  bir – birinə güzəştə getmək  niyyətləri və qərarları olmadığına görə bu taktikanı seçdilər.

Siyasi partiyanın əsas  məqsədi, seçkilərdə öz adı və namizədi  ilə iştirak etməsi olmlıdır. Bizim iştirakımız da, zamanın şərtlərinin diktəsindən asılı idi. Növbəti prezident seçkiləri ilə bağlı hansı variantın əsas olması seçki ərəfəsində bir daha müəyyənləşəcək.  İndiki  mövqeyimiz  budur.

- İllər uzunu müxalifət düşərgəsində belə bir stereotip formalaşıb. Müxalifət  partiyasından çıxan, yaxud siyasi mənsubiyyətini dəyişən şəxslərə “satqın” damğası vurulur. Bu tendensiya niyə müxalifət partiyalarında bu qədər geniş yayılıb? Axı partiyaya üzv olan şəxslər bu təşkilatlara üzv olanda öhdəlik  götürməyiblər ki, ömürlük bu partiyaya üzv kimi qalacaqlar...

- Bu,o qədər geniş yayılmayıb. Amma, özlərinin  satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar.  Bu metoddan istifadə edənlər daha çox göndərişlə, sifarişlə işləyənlərdir. Sanki bununla  da, öz tərcümeyi - hallarını dəyişirlər. Adətən millətçi təşklilatlar, öz ideyalarını yürütmək və genişləndirmək üçün ümumi razılaşdırılmış qaydalar müəyyənləşdirirlər. Həmin  qaydalar əsasında da bütün sol- kommunist, liberal, sosial demokrat yönümlü  təşkilatlarda millətçilər  yetişdirirlər. Bunun üçün onlar məktəb rolunu oynayırlar.  Türkiyə Cümnhüriyyətində   bütün siyasi  partiyalarda  aparıcı  millətçi kadrlar,  şəxslər var.  Azərbaycan təcrübəsində  isə siyasi partiyalara – “gələnləri öyüm, gedənləri söyüm”  təcrübəsi  var. Bu da siyasətin qara səhifəsidir.  Azərbaycanda  siyasət çox gəncdir, gəncliyin də  belə səhfləri  olur. Təəssüf ki, bu var, amma inanıram  gələcəkdə olmayacaq.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti