|
KXCP Qazax rayon şöbəsinin üzvü Şöhrət Məmmədzadə Teleqraf.az-a məlumat verərək bildirib ki, onun siyasi fəaliyyətinin durdurmaq üçün Qazax rayonunda ona və ailəsinə qarşı insan şəxsiyyətinə uyğun olmayan təzyiq kompaniyası aparılır. Bir qrup öyrədlimiş qadın demək olar ki, hər gün ailə üzvlərimizin qarşısını kəsərək onları təhqir edir. Mən bununla bağlı Qazax rayon polis şöbəsinə müraciət edərək, bu çirkin kompaniyanın dayandırılmasını tələb etsəm də, bu barədə heç bir ölçü götürülmür. Artıq bu cür çirkin oyunlardan bezdiklərini bildirən Şöhrət Məmmədzadə bildirib ki, bütün bu oyunlar birbaşa siyasi hakimiyyətin sifarişidir və bu oyunun əsas icraçısı da, sahə müvəkkili olan Elşən adlı polis zabitidir. Əgər belə olmasaydı bzi təhqir edənlərə qarşı yaqin ki, ölçü götürülərdi.
Şöhrət Məmmədzadə bu haqda dövlət başçısına və daxili işlər naziri Ramil Usubova mürəciət edəcəyini də bildirərək onu da əlavə etdi ki, “Qazax rayonunda məskunlaşan məcburi köçkünlərə mənzil verildiyi zaman, müxalifət meyilli insanlara mənzil verilmədi. Bununla bağlı məcburi köçkünlər KXCP Qazax rayon şöbəsinə müraciət edərək hüquqi yardım istəyiblər. KXCP Qazax rayon şöbəsi də, məsələ ilə bağlı aidiyəti qurumlara müraciət edərək, aksiya keçirməyi planlaşdırıblar. Buna görə də, hakimiyyət qabaqlayıcı tədbir görərək, ona qarşı bu cür problemlər yaradır.”
Teleqraf.az-ın əməkdaşı məsələ ilə KXCP sədrinin müavini Xəzər Teyyublunun münasibətini öyrənib. Hadisə ilə bağlı məlumatlı olduqlarını bildirən Xəzər Teyyublu bildirdi ki, partiya rəhbərliyi Şöhrət Məmmədzadə ilə əlaqə saxlayaraq hadisə ilə bağlı bilgi alıb. “Qazax rayonunda bir qrup qadını öyrədərək KXCP üzvü Şöhrət Məmədzadəni və ailəsini təhqir etdirirlər. KXCP bu problemi diqqətdə saxlayır. Hər kəs əmin olsun ki, hadisənin iştirakçıları və onlara havadarlıq edən sahə müvəkkili mütləq şəkildə dövlətimizin qanunları ilə cəzalandırılacaq."
Xəzər Teyyublu onu da əlavə etdi ki, sahə müvəkkilinə şəxsən zəng edərək problem haqqında onun da mövqeini öyrənməyə çalışsa da, Elşən adlı sahə müvvəkkili münasibət bildirməkdən yayınaraq telefonu söndürdürüb.
Nəzərinizə çatdıraq ki, Teleqraf.az-ın əməkdaşı da, Sahə müvəkkilinə zəng edərək ondan münasibət öyrənməyə çalışsa da, Elşən adlı sahə müvəkkili iclasda olduğunu deyib cavab verməkdən imtina etdi.
Elşən Əlisoy