Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının XIII Zirvə toplantısı öz işinə başlayıb.

İƏT baş katibi İyad Madani zirvədə açılış nitqi edib. Dünya müsəlmanlarının problemlərinə toxunan İ.Madani Azərbaycan və Dağlıq Qarabağ mövzusunda da danışıb.

“Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir”. APA-nın məlumatına görə, bunu toplantıda İ.Madani deyib. Baş katib bildirib ki, işğal illərdir davam edir: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”.
İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: “Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılmasıyla bağlı maddənin İƏT-nin zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənilir”.

Zirvəni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aparır. Ərdoğan özü çıxışında deyib: “Mən nə sünniyəm, nə şiəyəm. Mən müsəlmanam. İslam adına hər gün məzlumları öldürən, yağmalayan terror hörgütləri müsəlman ola bilməzlər! Onlar İslam adına hərəkət edə bilməz, müsəlmanlara faydalı olmaz. Biz İslam dövlətləri olaraq nə qədər bir-birimizə qarşı düşəriksə, insanlarımız bir o qədər zərər çəkəcək. Hazırda hər yerdə qırılan, zərər görən, əziyyət çəkən müsəlmanlardır. İslam sülh və barış dinidir. İxtilafları deyil, bağlılıqları gücləndirməliyik. Çünki yaşanan toqquşmalardan zərər görən, sadəcə, müsəlmanlardır, İslam ölkələridir. Dostları çoxaldıb, düşmənləri azaltmalıyıq. Bugünkü zirvənin xüsusən bütün müsəlmanların birliyi, bərabərliyi yolunda bir milad, dönüş nöqtəsi olmasını Allahdan diləyirəm”.

Ərdoğan bildirib ki, hazırda terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir: “Bu terror təşkilatlarının əsas zülmü müsəlmanlaradır. Dünyanın hər yerində insanlara qarşı törədilən aktları pisləşmişik. Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram”.
Türkiyə prezidenti İƏT ölkələri arasında terrora qarşı əməkdaşlığı möhkəmləndirməyin vacibliyini də diqqətə çatdırıb.

Musavat.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının quruluşuna diqqət çəkən Ərdoğan deyib ki, ədalətsizlik üzərində qurulan bir qurum dünyaya ədalət dağıda bilməz: “Bu, dəyişdirilməlidir. Biz də İslam ölkələri olaraq, orada öz yerimizi, haqqımızı tələb etməliyik. Ağlamayan uşağa süd verilməz. Biz də öz haqqımızı israrla tələb etməliyik. TŞ dünyadakı gerçəklikləri, yapılanları nəzərə alaraq, yenidən qurulmalıdır. Bir təklifim var - İslam İş Birliyi Təşkilatının Qadın Konfransı oluşdurulsun. Müsəlmanların öz qadınlarının dərdlərini danışmaq və həll etmək üçün bir təşkilatı olsun”.

O, müsəlmanların problemləri sırasında Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verilməsi zərurətini də söyləyib.

Ərdoğan dünyanın gündəmində olan miqrant mövzusundan da danışıb.
Daha sonra Zirvə iştirakçılılarına Türkiyəyə sığınan müsəlman qaçqınlarla bağlı qısa film izlətdirilib.

“Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik”.

Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını deyən dövlət başçısı qeyd edib ki, bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, AŞ PA və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm”.

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir: “Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək”.

***

İlham Əliyev İstanbulda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Konqres Mərkəzindəki görüş təxminən 15 dəqiqə davam edib.

Əhməd Davudoğlu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələr zamanı verilən şəhidlərlə əlaqədar Azərbaycan prezidentinə başsağlığı diləklərini çatdırıb. O bəyan edib ki, Türkiyə hər zaman və bütün şərtlər altında Azərbaycanın yanında olacaq.

 

 

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti