|
“Dağlıq Qarabağda Ermənistanın hücumlarını yaxından təqib edirik və lənətləyirik. Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik".
İCXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
AKP-nin qrup toplantısında çıxış edən baş nazir sonadək Azərbaycanın yanında olacaqlarını bildirib: "Hamı bilsin ki, Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq", - o qeyd edib. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında can Azərbaycan ilə qiyamətə qədər çiyin-çiyinə olacaq”.