|
ABŞ PKK-nın Suriya qolu PYD-nin bu ölkədə "kürd muxtariyyəti" qurmaq istəməsi haqda açıqlamalara münasibət bildirib.
Avropa.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner belə bir "muxtar dövləti" tanımayacaqlarını deyib.
"Biz Suriyanın bütövlüyünə tərəfdarıq", -deyə Toner qısaca bildirib.
Suriyanın BMT-dəki nümayəndəsi Bəşər əl-Cəfəri isə Cenevrədə təşkil etdiyi mətbuat konfransında Suriyanın gələcəyinə suriyalıların qərar verəcəklərini deyib.
"Bu məsələdə BMT-nin mövqeyi aydındır. Suriyanın ərazi bütövlüyü qorunmalıdır. Suriyanın gələcəyinə suriyalılar qərar verəcək. Mən bu mövzunu şərh etməyəcəm", -deyə Cəfəri cavab verib.