|
Suriyanın Hizbulla qüvvələri tərəfindən mühasirəyə alınan Medaya qəsəbəsinin sakinləri aclıqdan əziyyət çəkir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç təşkilatı Medaya kimi bəzi qəsəbələrdə tibbi ləvazimat və ərzaq çatışmazlığının kritik həddə çatdığını bəyan edib.
Abdulla adlı qəsəbə sakini yeməyə heç nə tapmadıqlarını deyir:
“Yemək tapa bilmirik. Uşaqlar, qadınlar, hər kəs ölməyə başladı. Bəzən ağac yarpaqlarını, otları, bəzən də pişikləri yeyirik. Hər gün onlarla uşaq aclıqdan ölür”.
Medayaya yardım üçün gələn könüllülər sosial şəbəkələrdə paylaşdıqları fotolarda aclıqdan zəifləmiş sakinləri görüntüləri əks olunub.
Qızıl Xaç cəmiyyəti qəsəbəyə son yardımın ötən ilin oktyabrında edildiyini açıqlayıb. Guardian nəşri burada düyünün qramla satıldığını və kilosunun 250 dollar olduğunu yazır.
Qeyd edilir ki, ötən ilin iyulundan qəsəbə mühasirəyə alındıqdan sonra təxminən 30 min insanın oranı tərk etməsinə icazə verilmir.