|
Gömrük Komitəsinin sədri Aydın Əliyevin bu gün Şirvan şəhərində vətəndaşlarla görüşündə qalmaqal baş verib.
Bu haqda “Qafqazinfo”ya şəhər sakini Qurbanxan Dəmirov məlumat verib. O, bildirib ki, bir neçə dəfə Gömrük Komitəsinin əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə üzləşib, ondan rüşvət tələb olunub. Bununla bağlı isə o aidiyyatı dövlət qurumlarına məlumat verib: “Hazırda mənim şikayətim üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır. Amma bu haqda yekun qərarın verilməsi uzadılır. Bundan əvvəlki görüşdə də Aydın Əliyevin qəbulunda oldum və şikayətimi çatdırdım. Aradan keçən bu müddət ərzində heç bir tədbir görülmədiyi üçün yenidən görüşə getdim.
Amma görüş keçirilən zalda məni dinləmədilər. Əksinə təhqir olundum və generalın tapşırığı ilə bayıra çıxarıldım”.