|
Rusiya ordusuna aid döyüş təyyarələrinin Dəməşqin Şərq Quta bölgəsində yerləşən müxaliflərin nəzarətindəki Duma rayonuna təşkil etdiyi hücum nəticəsində 50 mülki vətəndaşın öldüyü, 200 nəfərin isə yaralandığı bildirilir.
Avropa.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, ruslar tərəfindən bölgəyə 100 hava hücumu təşkil olunub.
Təşkil olunan hava hücumunda çox sayda yaşayış yerinin vurulduğu , dağıntılar altında xeyli mülki vətəndaşın qaldığım bildirilir. Hədəf alınan yerlərin arasında bir məktəbin olması nəticəsində ölənlərdən çoxunun uşaq olduğu qeyd edilir.