|
“Rəsmi Bakı heç vaxt güneydəki soydaşlarımıza dəstək verməyib”.
Bunu Moderator.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib. Partiya sədrinin sözlərinə görə, güneyli soydaşlarımızın bu mənada Azərbaycan hökumətindən gözlədikləri dəstəyi heç vaxt ala bilmədikləri kimsəyə sirr deyil:
“Təəssüflər olsun ki, müstəqil Azərbaycan dövləti, onun hökuməti heç vaxt güneydəki soydaşlarımıza dəstək verməyib. Bunca illər ərzində rəsmi Bakının verdiyi yeganə dəstək ölkə başçısının sadəcə bir ifadəsindən ibarət oldu ki, həmin ifadədə ölkə rəhbəri bildirmişdi ki, mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm. Bu ifadə xaricində hökumət İran əsarətindəki soydaşlarımıza hər hansı formada dəstəyini ifadə etməyib.
Şübhəsiz, öz soydaşlarımıza bu cür münasibət əsla qəbuledilən sayıla bilməz. Biz harada yaşamasından asılı olmayaraq soydaşlarımıza, onların problem və qayğılarına, apardıqları mübarizəyə həssaslıqla yanaşmalı və onlara mümkün qədər dəstəyimizi ifadə etməliyik”.