|
Vətəninfo.az İran Molla Fars rejiminin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri, Vilayət Fəqihin nümayəndəsi Ocaq Nejatın İran xüsusi xidmət orqanlarının əməkdaşı olduğu,onun İran-İraq müharibəsi zamanı İsraildə informasiyanın əldə olunması, kəşviyyat materiallarının təhlili ilə bağlı xüsusi təlim keçməsi ilə bağlı xəbəri yayımladıqdan sonra, redaksiyamızın elektron ünvanına Ocaq Nejatla bağlı maraqlı və ŞOKyaradacaq xəbər daxil olub.
Bu xəbərdə deyilir ki, İran xüsusi xidmət əməkdaşı Nejat özündən 6 yaş böyük qardaşını İran Xüsusi Xidmət oqranlarına satıb.
Yəni qardaşı Fransada fransız çaxırı ilə eş-işrət çəkdikdən sonra İrana qayıdan və İranı islam dini pərdəsi haqqında Azərbaycan türklərinə qarşı divan tutan İmam Xomeynin haqqında tənqidi fikirlər söylədiyinə görə satıb.
Məlumatda qeyd edilir ki, Nejatın qardaşı İran İslam İnqilabına qarşı olub və o İranda həyata keçirilmiş bu inqilabı qəbul etmədiyini bəyan edirmiş.
Bu görən Ocaq Nejat da qardaşı üzündən əldə etdiyi rütbələrinin sökülməsindən qorxaraq qardaşını satmalı olub. Bu azmış kimi İran islam Respublikasının ali Məhkəməsi tərəfindən edama məum edilən qardaşının edam səhnəsini belə izləyib.
Daxil olan məlumatda vurğulanır ki, ilk göz ardı övladını qardaşının satması ilə edam edildiyini görən Ocaq nejatın anası "Heç bir zaman südümü sənə halal etmirəm”-deyə ah-vay edib.
Uzun illərdir Azərbaycanda din pərdəsi adı altında molla-fars rejiminin məkirli planlarını Azərbaycanda həyata keçirən, öz qardaşını belə satmış birindən Azərbaycan xalqı və dövləti hansı yararı əldə edə bilər?
Nardaranda silahlanaraq Azərbaycan dövlətinin hüquq –mühafizə orqanları əməkdaşlarına atəş açan ekstremislərin cəsədlərinin fotolarını İranın küçələrində plakatlara gəzməsinin arxasında da məhz bu Ocaq Nejat dayanır.
Molla rejiminin şər və nifrət maşının sükanı arxasında dayananlar Güney Azərbaycan türklərinin haqlarnı əllərindən aldıqları kimi məkirli oyunları ilə soydaşlarımızda da özlərinin qan qardaşlarına qarşı kin və küdurət yaratmağa səy göstərirlər. Bu plan Tehranın planıdı və Azərbaycanda da bu planı həyata keçirən rejimin ƏMMAMƏLİ agenti OCAQ NEJATDIR.