Mirmahmud Mirəlioğlu: “Demokratiya şəhidləri” ilə bağlı təklifin ictimai müzakirəsi keçirilməlidir”

Azərbaycanda parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiras və aktivlik də tədricən yüksəlməkdədir. Hər zaman olduğu kimi bu seçkilər ərəfəsində də iqtidar-müxalifət gərginliyi ilə yanaşı, müxalifət daxilində də ciddi bir gərginlik və qarşıdurma müşahidə edilməkdədir. Belə ki, müxalifətin önəmli bir qisminin seçkilərdə iştirak etməyə hazırlaşdığı bir zamanda bəzi müxalif qüvvələr seçkiləri boykot yolunu tutub ki, bu da eyni cəbhə daxilində qarşılıqlı ittihamlara səbəb olmaqdadır.

Moderator.az verir ki, parlament seçkilərinə qısa bir zaman qalmış müşahidə edilən məlum proseslər, habelə qarşıdakı seçki prosesi ilə bağlı fikirlərini öyənmək üçün “Hürriyyət” qəzeti KXCP sədri Mirmahmud Mirəlioğluna müraciət edib.

- Mirmahmud bəy, parlament seçkiləri iki aydan da az bir vaxt qalır. Sizcə seçkiöncəsi vəziyyət nə dərərəcədə qənaətbəxşdir?

-Bildiyiniz kimi, seçkiyə start verilib.Seçki hazırlıqları başlanıb. Biz də öz növbəmizdə qanunauyğun olaraq, Seçki Məcəlləsinə uyğun şəkildə lazımi addımları atırıq. Biz bundan öncəki açıqlamalarımızda seçkiöncəsi vəziyyəti dəyərləndirmişdik. Həmin qiymətləndirməmiz bu gün də öz qüvvəsində qalır. Bu məsələdəki mövqeyimizdə hər hansı yenilik yoxdur.

- Seçkilərin qismən də olsa ədalətli keçiriləcəyinə ümid etmək olarmı?

-Hesab edirik ki, bütün hallarda, hakimiyyətin son 22 ildə keçirilən seçkilərdə nəyi edib-etməməsindən asılı olmayaraq, bu seçkilərdə iştirak etməliyik. Bir vətəndaş, seçici və siyasətçi olaraq Azərbaycanda azad, ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsi üçün əlimizdən gələni etməliyik. Bu, bizim borcumuzdur. Bu seçkilərin nə dərəcədə şəffaf və ədalətli keçiriləcəyi, bu barədə hansı ehtimalların mövcudluğu tamamilə başqa bir məsələdir. Lakin biz Azərnbaycanda deokratik, ədalətli seçkilərin keçirilməsi üçün bu seçkilərdə iştirak etməyi vaciub hesab edirik.

- Bəzi siyasilər iddia edir ki, nəticələrin saxtalaşdırılacağı bəri başdan bəlli olan seçkiyə qatılmaq Azərbaycan xalqı və demokratiyaya xəyanətdir və bu, hakimiyyətin seçki saxtakarlığını legitimləşdirməyə xidmət edir. Sizcə bu fikirlərdə həqiqət payı varmı?

-Mən bu qənaəti qətiyyən bölüşmürəm. Bu məsələyə bu şəkildə qiymət və şərh verənlərin özləri xəyanətkardırlar. Onlar özlərinə lazım olanda ayrı-ayrı seçkilərdə iştirak ediblər. Lazım gələndə prezident seçkilərində iştirak edirlər. Bu seçkilərdə iştirak etməyən və onlara dəstək verməyənləri demokratik düşərgəyə xəyanət etmiş sayırlar və s. Parlament seçkilərində isə iştirak etməyin doğru olmadığını iddia edirlər. Ona görə ki, öz partiyaları, namizədləri yoxdur. Onların daxili və xarici yiyələri həmin şəxslərə söyləyəndə ki, parlament seçkilərində iştirak eləmək lazımdır, onda bu seçkilərdə iştirak edirlər. Amma görəndə ki, daha onlara dəstək yoxdur, bu barədə onlara heç bir əmr və göstəriş verilməyib, xeyir-dua verən yoxdur, o zaman indiki kimi bir mövqe tuturlar. Bu, olduqca yanlış bir mövqedir və bu mövqenin yanlış olduğunu zaman da sübut edəcəkdir.

- Bu günlərdə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov belə bir fikir səsləndirdi ki, müxalif siyasi partiyaların seçkilərə təkbaşına deyil, siyasi blok şəklində qatılmaq cəhdi onların yetərincə potensiala malik olmaması ilə bağlıdır. Sizcə doğrudanmı müxalif partiyaların seçkilərdə blok şəklində iştirak etmək cəhdi təkbaşına yetərincə potensiala malik olmamalarından qaynaqlanır?

-Bu, qətiyyən belə deyil. Bu, S.Novruzovun öz yanaşmasıdır. Əgər biz seçki prosesinə bloik şəklində yox, başqa cür qoşulsaydıq, onda yəqin ki, bunu da hansısa bir amillə əlaqələndirəcəkdilər. Ona görə də bu fikri doğru hesab etmirəm. Biz də iddia edirik ki, əgər YAP özünün dediyi  kimi doğrudan da güclü partiyadırsa, öz qüvvəsinə inanırsa, o zaman çox deyil, bircə dəfə, 22 il ərzində bircə dəfə azad, ədalətli, demokratik seçki keçirsin. YAP belə bir seçki keçirə bilərmi? Xeyr, qorxduğundan belə bir seçki keçirə bilməz. Çünki bilir ki, belə bir seçki keçirsə, o zaman tamamilə uduzacaq.

- Demokratiya uğrunda mübarizədə öldürülənlərin dmokratiya şəhidi kimi tanınmasına, onların xatirəsinin əbədiləşdirilməsi, keçdikləri mübarizə yolunun təbliği məqsədi ilə həmin şəxslərin vahid siyahısının hazırlanmasına ehtiyac varmı?

-Biz ayrı-ayrı vaxtlarda öldürülmüş, qətlə yetirilmiş millət vəkilləri ilə bağlı çıxışlar etmişik. Lakin hesab edirəm ki, bu məsələ ictimai müzakirə tələb edir. Mən bu təklifin ictimai müzakirəsinin tərəfdarıyam. Bu məsələni iki-üç siyasətçinin fikri əsasında həll etmək olmaz. Bu təklifin ictimai müzakirəsi olmalıdır və yalnız bu müzakirədən sonra ortaq məxrəcə gəlmək olar. Bu da bir təklif, bir fikirdir və istənilən fikrə hörmətlə yanaşmaq bizim borcumuzdur.

- Mirmahmud bəy, parlament seçkilərindən sonra bir çox iri məmur və nazirin cəzalandırılacağı, vəzifədən azad ediləcəyi, məsuliyyətə cəlb olunacağl ilə bağlı ehtimallar səsləndirilir. Sizcə bu ehtimalların realaşması şansı varmı?

-20 ildir ki, bu cür ehtimallar səsləndirilir, proqnozlar verilir. Lakin 20 il ərzində biz hər hansı ciddi dəyişikliyin şahidi olmamışıq. Buna görə də indidən bu haqda dəqiq nə isə söyləmək mümkün deyil. Ola bilsin ki, bu dəfə bu proqnozlar öz təsidiqini tapsın. Lakin indiki halda hələ ki, bu, proqnoz olaraq qalır. Nəyin baş verəcəyini zaman göstərəcək. Bir sözlə, yaşayarıq görərik.

 

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti