Mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. Bu haqda mətbuatda məlumatlar verilib və onun ilkin açıqlaması dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, Sevil Əliyeva özü Haqqin.az-a açıqlamasında bildirmişdi ki, azad insan və turist kimi Bakıya gəlib: “Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı”.

Ancaq “Azadlıq” qəzeti Sevil Əliyevanın Bakıya gəlişinin səbəbləri barədə digər iddialar yazıb. Qəzet iddia edib ki, xeyli müddətdir Londonda yaşayan Sevil Əliyevanın Azərbaycana qəfil gəlişi mərhum əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevlə bağlı yaranmış hansısa problemlərlə əlaqəli olub : “Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə İlqar Əliyevin sahibi olduğu dərman satışı ilə məşğul olun “Riad Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifovla icraçı direktoru Aqil Quliyev həbs olunub. Onlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İddialara görə, İlqar Əliyev bu məsələ ilə bağlı əmisi oğlu olan ölkə başçısı İlham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı onu qəbul etməyib. Bundan başqa, məlumata görə, İlqar Əliyevdən Baş Prokurorluqda tutduğu vəzifədən istefa verməsi barədə ərizə alınıb. Bildirilir ki, Sevil Əliyeva məhz bu məsələləri yoluna qoymaq üçün Bakıya gəlib”.

Bu iddialarla bağlı Sevil Əliyeva yenidən açıqlama verib. O, Haqqin.az-ın bununla bağlı müraciətinə çox sərt reaksiya verib: “İlk növbədə demək istəyirəm ki, sizə ayıb deyilmi? Yəni, mənim doğma şəhərimə gəlmək haqqım yoxdur? Öz evimə gələ bilmərəm? Bu nə uydurma və səviyyəsizlikdir? Axı mən artıq dedim ki, bura azad bir insan kimi gəlmişəm. Qohumlarım və dostlarım ilə görüşürəm. Valideynlərimin məzarını ziyarət etmişəm. Bax, indi də mən oğlumla birlikdə evdəyəm. Əmiqızı Fəxriyyə Xələfova və onun oğlu Məhəmməd bizə qonaq gəlib, oturub birlikdə çay içirik“.

Daha sonra S. Əliyeva yayılan məlumata münasibət bildirib: “O ki qaldı mənim əmim oğlu İlqar Əliyevə, bununla bağlı onu demək istəyirəm ki, mən sonuncu dəfə institutda oxuyanda onu görmüşəm. Bu nə axmaqlıdır, siz nə danışırsız?! Ümumiyyətlə, mən nə bu oliqarxlarla bağlı, nə onların kreditləri haqqında, nə də digər qalmaqallarla bağlı heç nə bilmirəm. “Oliqarx”, “məmur”, “vəzifə” – bunlar mənim ruhuna yad olan sözlərdir. Hətta atam prezident olduğu vaxtlarda belə mən nə nazirlər, nə də məmurlarla heç vaxt görüşməzdim. Dövlət işlərinə heç vaxt qarışmamışam. Mənə yaxın insanlar, dostlar bunu yaxşı bilirlər. Mənim anam da belə idi”.

Sonda Sevil Əliyeva jurnalistlərdən onun adını bu cür qalmaqallara qarışdırmamağı xahiş edib: “Mənim adımı müxtəlif intriqalara və siyasi spekulyasiyalara cəlb etmək, qarışdırmaq lazım deyil. Hamınızdan bunu xahiş edirəm!”./musavat.com/

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti