|
“Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti şəxsən Türkiyənin Rusiyadakı səfirinə bildirib ki, Türkiyə İŞİD-i himayə etməyi dayandırmayana qədər diplomatik əlaqələr bərqərar olunmayacaq.
Xatırladaq ki, bu sözləri Vladimir Putin Türkiyənin Rusiyadakı səfiri Ümit Yardıma söyləyib. Ümit Yardım ölkəsinin Suriyaya müdaxiləsinə görə Rusiya XİN-ə çağırılmışdı.
Bildirilir ki, Putin səfirə deyib ki, Suriyanı Ərdoğanın Stalinqradına çevirəcəyik.
Putinin Türkiyə səfiri ilə görüşdə Ərdoğanı diktator adlandırdığı iddia edilir.
Görüşün sonunda qəzəbli Rusiya prezidenti səfirə deyib: “Prezidentinizə çatdırın ki, İŞİD-lə birlikdə cəhənnəmə üz tutub!”