|
ABŞ Dövlət Katibi Con Kerri nüvə razılığından sonra İranın ruhani lideri Ayətullah Əli Xameneinin verdiyi açıqlamalara münasibət bildirib.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, Əl-Ərəbiyyə telekanalına müsahibə verən Kerri Xameneinin dediyi sözlərdən narahatlığını gizlətməyib: “Hazırda bu sözlərin hansı mənanı verdiyini bilmirəm. Əlimdən gələn odur ki, bu sözləri onun mövqeyi kimi qəbul edim”. Xatırladaq ki, dini lider nüvə razılığından sonra açıqlama verərək İranın bölgədəki siyasətinin heç vaxt dəyişməyəcəyini, Livan, Bəhreyn, Suriya, Yəmən və İraqa yardımın davam etdiriləcəyini bildirmişdi