Vahid Əhmədov: Gənc bir insanın kredit borcuna görə özünü asması bizim dövlətə yaraşan bir hərəkət deyil

İyulun 9-da Bərdə rayonunda baş verən dəhşətli intihar hadisəsinə ölkə ictimaiyyətinin nümayəndələri də laqeyd  qalmayıb.

Məlumat üçün qeyd edək ki, intihar edən şəxs 1992-ci il təvəllüdlü Bərdə  rayon sakini Dadaşov Elşad Vaqif oğlu, ailəli olub və  bir övlad atası imiş.

Bərdə şəhərindəki Qəhrəmanlıq parkı adlanan ərazidə Tərtər çayı üzərindəki körpüdən özünü asan gəncin  banka kredit borcu olduğu üçün intihar etdiyi ehtimal olunur.  

Baş verən bu hadisəyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov musavat.com-a açıqlamasında baş verən olayı bir siqnal adlandırdı və bank sistemində islahatlar keçirilməsinin vacibliyini vurğuladı: “Bu, çox ciddi hadisədir. Son zamanlar məhz kredit borclarına görə baş verən intihar hadisələrinin sayı artır. Azərbaycanda bu kimi hadisələr baş verməməlidir. Ümumiyyətlə, Azərbaycan vətəndaşları intihar haqda fikirləşməməlidirlər”. 

Deputat onu da qeyd etdi ki,  ölkədə kredit borcları ilə əlaqədar vəziyyət həqiqətən problemlidir: “Biz də bu məsələni dəfələrlə gündəmə gətirmişik, hokumət tərəfindən də  dəfələrlə müzakirə olunub. Ancaq hələ ki, müsbət mənada problem həllini tapmayıb. Bu müddət ərzində kredit borcları azalmaq əvəzinə daha da artıb. Bunun da bir sıra səbəbləri var. Bu yaxınlarda Mərkəzi Bank komission haqları ilə bağlı qərar verdi və komission haqlarını 4-12 faizdən 1 faizə endirdi. Banklar da əks addım atıb, kredit faizlərini 35-40 faizə qaldırdılar və vəziyyət daha da gərginləşdi. Ola bilər ki, hansısa qərar verilsin və banklar faizləri aşağı salsınlar. Ancaq hazırda fakt belədir ki, kredit faizləri həddindən artıq yüksəkdir”. 

Vahid Əhmədovun sözlərinə görə, ümumiyyətlə bank sistemində islahatların aparılmasına ehtiyac var:“Bank sisteminə dövlət tərəfindən yardımlar edilməli, bu sahəyə müəyyən qədər maliyyə ayrılmalıdır. Məsələnin səbəbini araşdırmaq lazımdır ki, niyə kredit faizləri aşağı düşmür. Heç bir ölkədə kredit faizləri bu qədər yüksək deyil. Bu ictimaiyyəti narahat edən bir məsələdir. Belə intihar hallarının baş verməsinin səbəbləri ciddi araşdırılmalıdır. Kredit borclarını ödəyə bilməyən insanların vəziyyəti nəzərə alınmalıdır”. 

V.Əhmədov kredit borclarının silinməsi məsələsini indiki iqtisadi durumda mümkünsüz hesab etdiyini də bildirdi: “İndiki iqtisadi durumda, dünyada gedən iqtisadi-siyasi proseslər ərəfəsində mən inanmıram ki, belə güzəştlər olsun. Amma banklara müəyyən qədər güzəştlər etmək olar. Banklara dövlətin Ehtiyat Fondundan və ya Mərkəzi Bankın fondundan müəyyən qədər vəsait ayırmaq olar ki, kredit faizlərini müəyyən qədər aşağı salsınlar. Və ya o insanlar ki, kredit borclarını qaytarmaq imkanları yoxdur, həmin borcları müəyyən qədər gözləmək, silmək imkanına malik olsunlar. Bunun üçün də banklarda müəyyən resurslar olmalıdır. ”

“Mən vətəndaşlara məsləhət görərdim ki, banklardan kredit götürərkən oturub çox fikirləşsinlər və bağladıqları müqavilənin şərtləri ilə diqqətlə tanış olsunlar” - deyən V.Əhmədov məhz diqqətsizlik səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü qeyd etdi: “Müqavilədə çox nüanslar öz əksini tapmır və sonradan vətəndaşlar pis vəziyyətdə qalırlar. Banklar isə öz gəlirlərini götürməyə çalışırlar və çalışırlar ki, müştərilər kreditləri vaxtında qaytarsınlar”. 

İntihar edən kredit sahiblərinin borclarının ödənilməsinə gəlincə, Milli Məclisin deputatı bu məsələdə bankları həmin ailələrə güzəşt etməyə çağırdı: “Bu borc dövlət tərəfindən də ödənilə bilər. Banklar özləri də borcları silə bilərlər. Məndə  olan məlumata görə, bəzi banklarda bu kimi əməliyyatlar aparılıb. Mən hesab edirəm ki, gənc bir insanın kredit borcuna görə özünü asması bizim dövlətə yaraşan bir hərəkət deyil”. /Musavat.com/

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti