|
Bəybala Əbil: 15 ildə müxalifət mövqeyi demirəm, bəlkə hansısa vətəndaş mövqeyinizlə bağlı nümunə göstərəsiniz
Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat Mətləb Mütəllimlinin KXCP Sədri Mirmahmud Mirəlioğlu haqqında yazdığı “Sənin yolun deyil - Mirmahmud ağaya həmkar gileyi” adlı “yazı”ya cavab özünü gecikdirmədi. KXCP Ali Məclisinin sədri Bəybala Əbil özünün “Facebook” səhifəsində yazaraq Mətləb Mütəllimlinin "yazı"sına tutarlı cavab verib.
Teleqraf.az həmin yazını təqdim edir:
Feysbukda Mətləb Mütəllimlinin yazısına rast gəldim.
Mirmahud Mirəlioğluna “Bu sənin yolun deyil” deyir. Hansı yoldan danışır, bilmirəm. Anladığım budur ki, deyəsən Mirmahmud ağaya “Yol”un izahını vermək istəyir.
Mətləb müəllim “Yol” məsələsi ağır, hətta çox ağır məsələdir. Mirmahmud ağanın yolu Rəsulzadə-Elçibəy yoludur, Mahmud-filan yolu deyil. O yolu hər kəs gedə bilməz. Ən azı son 22 ildə şahidi olduğumuz hadisələr, yaşadığımız müsibətlər, xalqımızın böhranlı günlərindən sui-istifadə edən bəzi istiqlalçı deputatların anlaya bilmədikləri məsələdir.
Mətləb müəllim. Uzun illərdir Mirmahmud ağanı tanıya bilməmisən. Tanımaq imkanın yoxdur. Tanımaq imkanından məhrum olmasaydın elə bir yolda olardınız, dövlətimiz üçün vacib anlarda mövqeləriniz tam üst-üstə düşməsədə, heç olmazsa yaxın olardı. Sizi tanıdığımız son 22 ildə hansısa bir yolda görmədik, hətta bir vətəndaş mövqeyinizlə rastlaşmadıq. Bilirsiz yolla bağlı mövqeyinizə rastlaşmadığımız dövrlər hansılardır:
-AXC-nin hakimiyyət dövründə (Bəlkə … )
-AXC-nin hakimiyyəti yıxılanda (Bu dövr- şəxsən sizin üçün çörək ağacına cevrilən məşhur sədri olduğunuz “1993-cü iliyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyası” ilə yadda qalıb.
-Sizin deputat olduğunuz Milli Məclis dövrü-ölkənin taleyi həll edilən zamanlar. (1993-2000)
-2000-ci ildən sonrakı 15 ildə müxalifət mövqeyi demirəm, bəlkə hansısa vətəndaş mövqeyinizlə bağlı nümunə göstərəsiniz.
Müxalifət filan yazır, təsnifat verirsiz, Qəribədir. Sizə dəxli varmı? Özünüzü müxalifətmi hesab edirsiniz? Sədri olduğunuz partiyanın adınıda bəzən unudursuz. Bəzi dairələrin çörəyi müxalifət ətrafında yaradılan söz-söhbətdən çıxır. Olsun. Get səndə çörəyini müxalifətdən qazan. Amma gücün çatan daşa güc elə. Bayaq xatırlatdığım son 22 ildə siyasi fəaliyyət göstərən adamların əksər hissəsi yaşayır, Yadından çıxarma.
Doğrusu Mətləb müəllimin cızma-qarasının tirajlanmağını gözləyirdim-taktika belədir. Namizədlər peyda olur... Deyəsən seçki ilində müxalifət söhbətləri ilə çörək qazanmaq, diqqəti seçkidən yayındırmaq bir çox namizədlərin mətləbinə çevrilib.