|
Azərbaycanın milliyətçi gəncləri Çinin uyğur türklərinə qarşı apardığı soyqırımı siyasətinə etiraz etdi
Teleqraf.az xəbər verir ki, bu gün 200-dən artıq MGT üzvü (Milliyyətçi Gənclər Təşkilatı)olan gənc aktivistlər Çinin Bakıdakı səfriliyinin qabağında etiraz piketi təşkil ediblər.
İştirakçılar Çinin türklərə qarşı ayrı-seçkliyini, silah tətbiqini və xüsusi amansızlıqla davranmasını pisləyərək, sonda səfirliyin əməkdaşına bəyənnamə tədqim ediblər.
Xatırladaq ki, Çin Uyğurustanın yerli əhalisi olan müsəlman uyğurlara qarşı xüsusi amansızlıqla qətllər həyata keçirir və ramazan ayı daxil olandan bu təzyiqin səviyyəsi də güclənib.