|
İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı səfiri postundan istefa verən Arif Məmmədov Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Teleqraf.az həmin təbriki təqdim edir:
Əziz dostlar, bacı və qardaşlar, sevimli xalqım!
Müqəddəs Ramazan ayınız mübarək olsun. Allahın mərhəməti millətimizin üstündə olsun. Xalqımızı zülümkarlardan, şər atanlardan qorusun.
Sevgi sözə dolarsa dua olur. Dua Allaha ulaşırsa nur olur.Eyni yolda birləşən dualarımızın nura dönüşüb rəbbimizə ulaşması diləyi ilə Ramazanınız mübarək və xeyirli olsun.