|
Belçika və Fransanın ardınca Avstriya da Rusiyanın ölkə ərazisindəki mülkünə həbs qoyub.
Bu barədə Avstriyanın Rusiyadakı səfiri Emil Briks bildirib.
Rusiya XİN artıq qərarla bağlı məlumatlandırılıb. Ancaq hələ ki, bununla bağlı Rusiya tərəfi münasibət açıqlamayıb.
"Bu anadək Rusiya XİN hələ ki, məsələ ilə əlaqədar bizimlə əlaqə saxlamayıb” – deyə, səfir bildirib(Musavat.com).
Qeyd edək ki, iyunun 17-də Fransa və Belçika diplomatik nümayəndəliklər istisna olmaqla Rusiyanın öz ərazilərindəki bütün əmlaklara həbs qoyub.