Araşdırmaçı jurnalist Aynur İmranova "Facebook" səhifəsində ona olunan təzyiqlərlə bağlı müraciət yayıb. 

Teleqraf.az həmin müraciəti oxucularına təqdim edir:

"Mənəvi terror olunuram...

 Əziz dostlar! Bilirsiz ki, artıq 1 ildən artıqdır bank hesablarım həbsdədir. Hələ keçən ilin may ayından bu məşhur QHT işi ilə bağlı şahid kimi cəlb edilmişəm. Onu da qeyd edim ki, bu işlə həbs olunanların heç biri ilə ortaq əməkdaşlığım olmayıb. May ayından sentyabr ayına qədər şəxsimə qarşı absurd suallara cavab vermək üçün dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılmışam. Sadəcə bir dəfə telefona cavab verməmişəm deyə Zərdab rayonunda yaşayan anamın evinə polis göndərilib, ailəmə təzyiq olunub.

Oktyabr ayında Gürcüstana səfərim zamanı məhkəmə qərarı təqdim olunmadan şəxsi baxışa məruz qaldım. Bir vətəndaş kimi təhqir olundum, hüquqlarım tapdalandı. Sonra noyabr ayında mənim ölkədən çıxışımı da bağladılar. Bütün xarici səfərlərim ləğv oldu, iştirak üçün dəvət aldığım bir neçə konfransa gedə bilmədim.

Dekabr ayından araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı istintaqa cəlb olundum. Dekabr-yanvar aylarında Bakı şəhər prokurorluğunda demək olar ki, mənəvi terrorla üz-üzə qaldım. Məni hər gün istintaqa çağırır saatlarca Xədicənin şəxsi həyatına dair, işə aid olmayan suallar verirdilər. Heç nə bilmədiyimi israrla bildirsəm də təzyiqlər davam edirdi. İki ay ərzində mən cəmi iki dəfə yazılı ifadə vermişdim. Halbuki ən azı 20 dəfə Prokurorluqda saatlarla sorğu sual edilmişdim. Xədicənin adı israrla mənim rəhbəri olduğum bir layihəyə qoşulmasına səy göstərilirdi. Orda başıma gələnləri yazsam çox uzun alınacaq. Amma nəhayət ki, məni kiminsə üzünə qoya bilməyəcəklərini anlayıb əl çəkdilər.

Davamında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə yenidən çağrılmağa başladım. Sətiraltı hədə-qorxu o qədər idi ki, mən hətta 10 günə yaxın bir müddətdə hər gün həbs olunacağımı düşünərək sorğuya hazır çanta ilə gedirdim. Buna məni hər dəfə idarəyə qədər müşayət edən dostlarım da şahiddir. Övladım yetkinlik yaşına çatmadığı üçün həbsdən sonra ilkin dövrdə yanıma kiminsə gələ bilməyəcəyini düşünərək özümə kiçik bir çanta hazırlamışdım. Siz mənim o çanta ilə hər gen evdən çıxarkən övladımın yaşadıqlarını düşünə bilirsinizmi?! Bu travmanın cavabını kim verəcək?!

Sorğularda bu təzyiqlərin birbaşa yazılarımla bağlı olduğunu anlamaq çətin deyildi. Suallar da bu istiqamətdə idi. Mən yuxarıda yazdığım bütün təzyiqlərlə bağlı məhkəmə prosesləri başlatmışam. Bank hesablarımla bağlı işim artıq Avropa Məhkəməsində qeydiyyata götürülüb. Ölkədən çıxışım bağlı məhkəməm davam edir və sərhəddə qanunsuz şəxsi baxışla bağlı işimlə bağlı məhkəmə qərarından apelyasiya şikayəti vermişik.

Amma mənə təzyiqlər hələ də davam edir. Novruz bayramından sonra yenə İdarəyə çağrılmağa başlamışam. "Nəylə dolanırsan", "hardan qazanırsan" deyə məntiqsiz suallarla üz-üzə qalmışam. Belə başa düşürəm ki, mənim ölməyimi gözləyirlər. Bütün bu olanlar mənim sağlamlığıma ciddi zərbə vurur. Mənim beynimdə hipofiz vəzinin adenoması var, eyni zamanda təzyiq xəstəsiyəm. Həyat yoldaşım orduda həlak olandan sonra dəfələrlə xaricdə müalicə olunmuşam və yalnız bundan sonra normal həyata qayıda bilmişəm. Müalicələrim davamlı olmazsa bir gözümün tutulacağı ilə bağlı həkimlər xəbərdarlıq edib. Amma məni saldıqları həm maddi sıxıntılar, həm də hərəkət məhdudiyyətim üzündən müalicəmi davam etdirə bilmirəm. Son müayinə zamanı həkimim yaşadığım stresslərin həyatımı təhlükə altına saldığını bildirdi.

Hal-hazırda bu şəxsimə qarşı edilən təzyiqlər məni çox ağır duruma salıb. Dəfələrlə Azərbaycan baş Prokuroru Zakir Qaralova vəziyyətimlə bağlı müraciət eləmişəm. Məktubların çatması ilə bağlı bildiriş gəlsə də cavab olmayıb.

Mənim himayəmdə yetkinlik yaşına çatmayan övladım var, onun normal yaşayışını təmin etmək üçün bu gün qarşılaşdığım ağır durumdan heç bir çıxış yolu tapa bilmirəm. İndi mən neynəməliyəm? Avropa oyunları üçün ölkəyə gələn turistlərin qarşısında özümü yandırım? Bu addımım kiməsə hədə-qorxu gəlmək üçün deyil. Mən Konstitusiya ilə qorunan hüquqlarımın pozulmasından cana doymuşam. Özümü və övladımı bu mənəvi işgəncədən qurtarmağın başqa yolunu görmürəm.

Yəqin ki, bu günlərdə mətbuat konfransı keçirib daha çox detalları da açıqlayacam. Bu barədə artıq xarici media orqanlarına məktublar da göndərmişəm". 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti