|
KXCP Ağsu rayon şöbəsi məclisinin üzvü və bələdiyyə seçkilərində namizəd olmuş Xalıqov Ruslan Akif oğlu Ağsu rayon məhkəməsinin hökmü ilə 3 sutka həbs olunub.
Teleqraf.az-a daxil olan məlumata görə, Ruslan Xalıqovun həbs olunmasına səbəb güya ki, Ağsu rayon Ərəbmehdibəy kənd icra nümayəndəsi Hüseynov Hacağanı təhqir etməsi göstərilib. Bizimlə əlaqə saxlayan kənd sakinlərinin isə verdikləri məlumata görə, keçmiş namizədin həbs olunmasının yeganə səbəbi seçki saxtakarlığı ilə barışmaması olub. Ruslan Xalıqovun bələdiyyə seçkilərində kəndin seçicilərinin böyük əksəriyyətinin səsini topladığını görən icra nümayəndəsi Hüseynov Hacağa seçki buleteinlərini qanunsuz şəkildə götürüb rayon mərkəzinə qaçırıb. Ordan isə Ruslan Xalıqova zəng edərək deyib ki, seçilmək istəyirsənsə icra başçısı Ənvər Seyidəliyev səni otağında gözləyir onun yanına get, o bizə desə biz sənin səsləini olduğu kimi saxlayacağıq.
Ruslan Xalıqovun isə deyilənlərlə razılaşmaması və seçki saxtakarlığı haqqında hər yerdə təbliğat aparması və Ərəstun Cavadovun qohumlarının kən sakinlərinə qarşı etdiyi haqsızlıqlar barədə məhkəməyə müraciət etməyə hazırlaşması bəzilərini narazı salıb. Ona görə də Ağsunun deputatı olan Ərəsdun Cavadovun yaxın qohumu olan Kənd icra nümayəndəsinin əli ilə onu şərləyib həbs etdiriblər.