2010- cu ilin yazında baş vermiş Kür- Araz daşqınlarından 4 ildən artıq zaman keçsə də hələ də xeyli sayda insan baş vermiş fəlakətin yaratdığı problemlərdən qurtula bilməyib. Daşqınların təsrinə məruz qalmış, bu günə qədər problemləri həll olunmayan daha 14 nəfərin Fövqəladə Hallar Nazirliyinə qarşı dəyən ziyanın ödənilməsi, fərdi yaşayış evinin tikintisi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçən məhkəmə prosesində iddiaçılar, onların nümayəndəsi və FHN- nin təmsilçisi iştirak edib.

İddiaçılar məhkəməyə evlərinin qəzalı durumda olmasına dair foto və video çəkilişlər, baxış aktı təqdim edərək Şirvan İnzibati İqtisadi və Apellyasiya Məhkəməsinin qərarlarının ləğv edilərək iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş ediblər. Amma qısa sürən məhkəmədə hakimlər fasilə elan edərək müşavirə otağına gediblər. Məhkəmə zalına qayıdan hakimlər kassasiya şikayətinin təmin olunmaması ilə bağlı qərar çıxarıb. Qərarla razılaşmayan şikayətçilərlə hakimlər arasında fikir mühalikəməsi və mübahisə olub. Evinin qəzalı olmasına dair məhkəməyə fotolar və disk təqdim edən şikayətçilər "niyə obyektiv qərar çıxarmırsınız?” sualına hakim "Kür daşqınları ilə bağlı dövlət öz üzərinə hər hansı öhdəlik götürməyib” cavabını verib. İddiaçılar hakimə dövlət başçsının 19 may 2010- cu il tarixli 908 saylı fərmanını və Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197s saylı sərəncamını xatırladaraq bu sənədlərin dövlətin fəlakətin təsirinə məruz qalan vətəndaşlar qarşısında həm də öhdəlik yaratdığını bildiriblər.

İddiaçılar Ali Məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət verəcəklərini bildiriblər. Kür daşqınları ilə bağlı bu günə qədər artıq xeyli sayda iddiaçı Azrbaycanda bütün məhkəmə instansiyalarını keçərək AİHM- ə şikayət ediblər.

Xatırladaq ki, 2010- cu ildə baş vermiş Kür- Araz daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 420 milyon manat vəsait ayrılıb. Təmir, bərpa və tikinti işlərinin aparılması, zərərçəkənlərə müvafiq kompensasiyaların verilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Vəsaitlərin xərclənməsində korrupsiya, ayrı- seçkilik, məmur özbaşınalığı və s. kimi ciddi qanun pozuntuları qeydə alınıb. Dövlət proqramından kənarda qalan sakinlərdən 119 nəfəri FHN-ə qarşı məhkəmə iddiası qaldırıb. İddiaçıların hüquqları "Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti