|
Bakıda səfərdə olan Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü, İsveçdə mühacir həyatı yaşayan Mahmud Bilgin KXCP Sədri Mirmahmud Mirəlioğlu ilə görüşüb
Teleqraf.az-ın əməkdaşına görüş barədə məlumat verən Mahmud Bilgin bildirib ki, Avropada Güney türkləri ilə bağlı aparılan işlər, Güney Azərbaycanın bu günki durumu və Azərbaycan dövlətindən gözləntiləri barədə KXCP Sədri ilə fikir mübadiləsi aparılıb. Güney Azərbaycan Alyansının Avropada və ABŞ -da keçirtdikləri görüşlər, o cümlədən 15 ərəb ölkəsinin nümayəndə heyyəti ilə birgə qatıldıqları üç günlük konfrans barədə keçirtdikləri görüşlər barədə məlumat veriblər. Güney Azərbaycanda fars şovnizminin şərləyərək həbsə atdığı milli fəalarin durumu görüşün əsas mövzularından biri olub.
Qeyd edək ki, Bakıya bir həftəlik səfər edən Mahmud Bilgin ictimai-siyasi təşkilatlarla bir sıra görüşlər keçirməyi planlaşdırır.
Zəka Sahib