“vaxtilə ermənilər də Qarabağın Ermənistan torpağı olduğunu deyəndə gülüb müşahidə edirdik”

“Bu adamlar başqa ölkənin marağı üçün çalışan insanlardır və vətənini satan bu şərəfsizlərlə hər zaman mübarizə aparıram. Onlara qarşı hüquqi mübarizə aparacağıq, amma ilk olaraq bu şərəfsizlərə deyirik ki, bura türk torpağıdır”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanda iranpərəst şiələrin simalarından olan Namiq Haşimzadənin youtube-dakı videomüraciətində cavabında bildirib.

F.Mustafa vurğulayıb ki, onlar bütövlükdə Azərbaycanı satmağa hazır olan zombiləşmiş şəxslərdir:

“Diqqət edin, o, öz çıxışında “Azərbaycan şiə toprağıdır” deyir. İran toprağıdır deyə bilmir, şiə torpağıdır deyir. Namiq Həşimzadə də psixi pozuntusu olan və başqa ölkədən idarə olunan adamdır. Biz torpaqlarımızı heç bir ölkənin marağına qurban vermək fikrində deyilik. Vaxtilə ermənilər də Qarabağın Ermənistan torpağı olduğunu deyəndə gülüb müşahidə edirdik, bir gün gəldi onu reallaşdırdılar. Bu gün də özlərini dini inanc arxasında gizlədənlər bunu təkrar etmək istəyir. Bu Azərbaycanın gələcəyinə təhdiddir”.

Millət vəkili hesab edir ki, Azərbaycanı şiə torpağı kimi təqdim edən Namiq Həşimzadə və onunla həmfikir olanlarla bağlı lazımi tədbir görülmür:
“Nə hüquq-mühafizə, nə də təhülkəsizlik orqanları buna yetəri qədər reaksiya vermirlər. Azərbaycan şiə torpağıdır deməklə onlar bu ölkəni təhqir edir. Cəmiyyət özü də Azərbaycana qarşı belə təhqirə münasibət göstərməlidir. Biz hər hansısa dini inancla yox, vətənini satanlara qarşı mübarizə aparırıq. Minlərlə insan var ki, istər şiə olsun, istər sünni vətənini heç vaxt satmaz. Amma zombiləşmiş insanlar bunu din pərdəsi altında edər”. 

Deputatın ictimaiyyət nümayəndələrinə müraciət edərək Azərbaycanı İran təhlükəsindən qorumağa çağırıb:

“Onların bizə qarşı aqressiv olması da təbiidir, çünki biz vətənimizi onlara verən deyilik. Vətənimizi qorumalıyıq və bunu birinci ziyalılar etməlidir. Hamı qınına çəkilib oturub. Özü başqa ölkədən idarə olunduğunu etiraf edən adam sabah hansısa ayətullahın fətvası ilə şəhərdə partlayış törətsə, onda nə edəcəksiz?” – deyə millət vəkili bildirib. 

Fatimə Kərimli

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti