|
Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Kəlbəcər girovları”nın vertolyot qəzasında həlak olan erməni pilotların meyitləri ilə dəyişdirilməsi variantını qeyri-mümkün hesab edir.
Virtualaz.org bildirir ki, bu barədə “Novosti Armenii” saytı məlumat yayıb.
Onun sözlərinə görə, girovlar-Şahbaz Quliyev və Dilqəm Əsgərov cəzalandırılacaq və cəzalarını çəkəcəklər.
Xatırladaq ki, girovlarla meyitlərin dəyişdirilməsi təklifini bu günlərdə Milli Məclisin deputatı Elman Məmmədov irəli sürmüşdü.