|
"Noybarın 12-də Ağdam səmsında vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin ekipajının cəsədləri Xankəndində saxlanılan iki azərbaycanlı əsirlə dəyişdirilməlidir".
Teleqraf.az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, bu fürsətdən istifadə etmək lazımdır:
“Elə o hərbi helikopter vurulan andan məndə belə fikir formalaşıb ki, oradakı erməni zabitlərinin cəsədini əsirlərimizlə dəyişək. İnanıram ki, Azərbayacan hakimiyyəti də bu istiqamətdə düşünür və belə bir addıma atacaqlarına inanıram.Artıq 4 aydan çoxdur ki, bizim vətəndaşlarımız öz ata yurdlarınıda doğmalarının qəbrini ziyarət edərkən biri öldürülüb və ikisinin üzərində saxta məhkəmə qurulub. Onalara işgəncə verilir. Biz onları azad etmək üçün bu addımı atmalıyıq. Düzdür, erməni tərəfi artıq Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə yanaşı digər beynəlxalq təşkilatları bu işə cəlb ediblər. Odur ki təklif edirəm ki, erməni pilotlarını cəsədlərinin qaytarılması ancaq azərbaycanlı əsirlərin azad olunması müqabilində baş verməlidir.”