|
İranda uydurma erməni “soyqırımı”na dair fotosərgi açılıb. Məlumata görə, bu barədə İranın İSNA agentliyi xəbər yayıb.
Məlumata görə, Şərqi Azərbaycan vilayətinin Arazbari şəhərində (Qaradağ) sərginin açılış mərasimi olub. Mərasimə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyanın, İran ermənilərinin maraqlarını parlamentdə təmsil edən deputat Karen Xanlaryanın, saxta “genosid muzey-institutunu”nun direktoru Ayk Demonyan, incəsənət xadimlərinin qatıldığı bildirilir.
Qeyd edək ki, açıq-aşkar Türkiyə və Azərbaycan əleyhinə olan bu tədbir İran prezidentinin Bakı səfərindən az sonraya təsadüf edir.