|
Şimali Atlantika Alyansı Rusiya sərhədlərinin yaxınlığında silahlı qüvvələrinin sayını artırır.
ANS PRESS-in məlumatına görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.
“Artıq sərhəd kənarlarında daha çox patrul uçuşları edilir. Biz Şərqi Avropaya daha çox hərbi hissələr keçiririk. Həmçinin çevik reaksiya güclərinin hazırlığını artırırıq”, - deyə NATO baş katibi Almaniyanın “Bild” jurnalına bildirib.
Bununla yanaşı, Stoltenberq sanmır ki, dünya yeni soyuq müharibənin astansındadır. Ancaq onun sözlərinə görə, Qərb artıq Rusiyaya etibar etmir.
“Rusiya Avropanın təhlükəsizlik arxitekturasının əsas dəyərlərini məhv elədi”, - deyə NATO baş katibi bildirib.