Jurnalistin prokuror babası haqqında ilginc faktlar

Xədicə İsmayılova  - bu ad son illərdə tez-tez ölkə mətbuatında yalnız anti-Azərbaycan müstəvisində hallanıb və hallanmaqda da davam edir. Özünün birmənalı olaraq mənən təmiz və haqlı olduğunu, Azərbaycana qarşı iddialarını xaricdə və ölkə daxilində onun istifadəsinə verilmiş media resurslarında hər imkanda səsləndirmiş Xədicə İsmayılovanın adına demək olar ki, hər gün başqa bir variantda rast gəlirik.
Xədicə İsmayılovanın davranış və fəaliyyəti haqqında informasiya vasitələrindən maraqlandıqda onun üçün Azərbaycan adlı ölkənin, xalqın, vətəndaşların, dinin, mənəviyyatın və dəyərlərin olmadığı açıq-aydın məlum olur. Ateist olduğunu deyən Xədicənin seks videoları ilə gündəmə gəlməmişdən qabaqkı və həm də ondan sonrakı dövrdə jurnalist adı altında fəaliyyətində hər addımbaşı rast gəlinən, onun erməni lobbisinin maraqları ilə üst-üstə düşən ortaq maraqları, dövlət və hakimiyyət orqanları haqqında mənfi rəy formalaşdırılması, siyasi əqidəsindən asılı olmayaraq ona alternativ fikir bildirən şəxslərin qaralanması olub. Əyyaş həyat tərzi, ailə, cəmiyyət qarşısında məsuliyyət hissinin olmaması, azərbaycanlı xanımlara yad dünyagörüşü, etik, əxlaqi dəyərlərə ironik münasibət Xədicə İsmayılovanı bu gün təkcə bütün jurnalistlərdən deyil, həmdə bütün Azərbaycan vətəndaşlarından kəskin fərqləndirir. 

Bəs bu hardan qaynaqlanır, bunun kökündə nə durur? Vətəndaşı olduğu ölkənin istənilən, hətta kiçik bir uğuruna kəskin reaksiya verən Xədicə İsmayılovanın bu anormal mənəvi yükünün əsl mahiyyəti nədir?  
Bu günlərdə Xədicə İsmayılova və onun biznes fəaliyyəti haqqında saytlardan birində verilmiş məqalədən aşağıdakı hissələri oxuyanda çox təəccübləndik. Orada yazılmışdı : “X.İsmayılın babası İsmayılov Məmmədağa Məhəmməd oğlu 1910-cu ildə Sabirabad rayonunun Abdulyan kəndində anadan olub. M.İsmayılov Şamxor, Şəki, Lənkəran rayonlarında prokuror işləyib. 1942-1944-cü illərdə Naxçıvan Muxtar Respublikasının baş prokuroru vəzifəsində işləyərkən, 34 yaşında vəfat edib......” 

Ölkə haqqında təəssüratı ancaq “repressiya”, özü haqqında isə mütləq şəkildə “mənən təmiz və pak” olan Xədicə İsmayılovanın babasının Azərbaycanda repressiya illərində prokurorluq orqanlarında işləməsinin ortaya çıxması marağımızı çəkməyə bilməzdi. Axı həmin illərdə Azərbaycanın xeyli yaradıcı ziyalısı və milli ruhdakı sayılıb seçilən adamları ermənilər və onların əlaltılarının əli ilə məhv edilmişdilər. 

Xədicə İsmayılovanın prokuror babası haqqında qeyd olunanların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün araşdırma aparmaq qərarına gəldik və araşdırdıq da. Arxiv sənədlərindən belə məlum oldu ki, erməni diasporunun əsirinə çevirilmiş ölkələr tərəfindən “mənəvi dəyərlərin müdafiəçisi” və “haqq-ədalət carçısı” kimi reklam edilən Xədicə İsmayılovanın soy-kökü heç də təmiz olmayıb. 1912-ci illdə anadan olmuş İsmayılov Məmmədağa Məmməd oğlu repressiya illərində heç bir uyğun təhsili olmadan Nuxa (Şəki) rayon prokuroru kimi ağır, insan talelərinin həll olunduğu bir bir vəzifəyə təyin olunub. Xədicə İsmayılovanın babası Məmmədağa İsmayılovun təhsili barədə heç bir qeyd olmasa da, onun haqqında “xidmətçi” qeydinə hər sənəddə rast gəlinir. Arxiv sənədlərindən o da məlum olur ki, Məmmədağa İsmayılov 1941-ci ildə Nuxa (Şəki) rayon prokuroru olarkən dövlət əmlakının külli miqdarda talanmasına göz yumub və buna görə məlum olmayan səbəbdən o dövr üçün xarakterik olan sərt cəzaların əvəzinə sadəcə olaraq şiddətli töhmətlə cəzalandırılıb. Qısa müddətdən sonra isə yenə də onu himayə edən həmin gizli əllər tərəfindən yarıtmaz fəaliyyətinin qarşılığında aşağı vəzifəyə yox , tam əksinə yuxarı vəzifəyə - Naxçıvan MSSR Prokuroru vəzifəsinə gətirilib. Bu məqamda isə Xədicə İsmayılın babasını himayə edənlərin əsl kimliyi arxiv materilallarından tam aydınlaşır. Heç bir il bu vəzifədə işləməmiş, həmin vaxt Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin Təşkilat-təlimat Şöbəsinin müdiri erməni MKRTIÇYANIN göstərişi ilə Məmmədağa İsmayılovun adının üstündən ləkənin götürülməsi həyata keçirilib. Görünür ermənilər repressiya illərində Məmmədağa İsmayılovun xidmətlərindən daha yaxşı yararlanmaq üçün onun imtiyazlarını daha da genişləndirməyi nəzərdə tutublar. Ermənilər isə bir qayda olaraq qanında erməni qanı olmayanlara bunu etmirdilər. 
Arxiv materilallarında Məmmədağa İsmayılovun ermənilərlə əlaqələrinə dair faktlar bununla yekunlaşmır. 
Maraqlıdır ki, Xədicə İsmayılova heç vaxt valideynləri haqqında danışmayıb. Hətta qəzetlərdən biri onun nənəsinin erməni olmasını bəyan etdikdən sonra da o, bu söhbətin gündəmdə davam etməməsi və yaddan çıxması üçün susub. Çünki qəzetə yaxın bəzi adamlarda onun haqqında geniş məlumatlar olduğunu bilir və iç üzünün ifşa olunacağından çəkinir.  Vaxtilə “Svetlana” imzası ilə Əli Kərimlinin nəzarətində olan qəzetlərin birində Ə.Elçibəyin zöhrəvi xəstəliyə yoluxması haqqında dərc olunmuş materiala Xədicə İsmayılovanın “əmək sərf etdiyini” bilməyən yoxdur. 

Bunlar X.İsmayılova və onun soy-kökü haqqındakı faktların yalnız bir qismidir. Bunlar kifayətdir ki, “Azadlıq” radiosunun Bakı bürosunun sabiq rəhbəri və hazırkı əməkdaşı  Xədicə İsmayılovanın əsl simasını və ermənilərlə işbirliyi içində Azərbaycana qarşı nifrətinin hardan qaynaqlandığını görmək mümkün olsun. Çox maraqlıdır, müxalifət düşərgəsində özünü azərbaycanlı adlandıran şəxslər bütün bunlardan sonra yenə də Xədicəni müdafiə edəcəklər?!    

Natiq
Teleqraf.com

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti