|
İŞİD yeni döyüşçülərin cəlb edilməsi üçün potensial məkanların adını açıqlayıb. Cihad əl Şam adı ilə yayılan məqalədə deyilir ki, ABŞ başda olmaqla bütün dünya “İslam Dövləti”nin üzərinə gəlsə belə, Allahı sevənlər onlar tərəfdədir.
“Şeytanın özü olan Amerika düşünürsə ki, koalisiya yaratmaqla “İslam Dövləti”ni məhv edə biləcək, yanılır. Hər keçən gün “İslam Dövləti” böyüyür, genişlənir, Allahın izni ilə qüdrətlənir. Qardaşlarımız artıq heç nəyi gözləmir və Alla hın qanunlarının bərqərar olduğu bu torpaqlara üz tutur. Özbəkistan, Qazaxıstan, bütün Mərkəzi Asiyadan tutmuş Uzaq Çin sərhədlərinə qədər, Avropanın özündən başlamış Qafqaza və Qafqazın gözü olan Azərbaycana qədər qardaşlar “İslam Dövləti”nə üz tutur”, -deyə məqalədə bildirilir.
Müəllif İŞİD-ə son qoşulanların gəldikləri ölkələrin adını açıqlayıb. Bunlar Özbəkistan və Azərbaycandır.
Sonda müəllif, “qardaşları Allah yolunda cihada dəvətimiz davam edir” deyə bildirir.
Qeyd edək ki, bir müddət öncə İranın İRNA agentliyi də İŞİD-in Azərbaycandan əsgər topladığı xəbərini yazmışdı. Agentliyin məlumatına görə, Azərbaycan İŞİD-in siyahısında əsas yerlərdən birini tutur.
“İŞİD-in aktivliyi onu göstərir ki, hətta təhlükədən uzaq olan Yaxın Şərq ölkələri də artıq ciddi risklər alırlar. İŞİD-in özünə üzv topladığı ölkələrdən biri də Azərbaycandır. Bunu ölkənin daxilindəki müəyyən orqanlar da təsdiqləyir”, -deyə agentlik bildirirdi.
Bu xəbərlərin fonunda İŞİD-ə qoşulan azərbaycanlıların həlak olması bardə xəbərlər intensivləşir.
İstiqlal.az