|
İranda xüsusi xidmət orqanının keçmiş əməkdaşını öldürməkdə təqsirləndirilənRayhaneh Jabbari oktyabrın 25-də səhər asılaraq edam olunub.
İnternetdə 26 yaşlı Rayhaneh-ın müdafiəsi üçün kampaniya aparılırdı.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Rayhaneh Jabbari 2007-ci ildə ona təcavüz etmək istəyənMorteza Abdolali Sarbandi-dən müdafiə olunmaq üçün onu bıçaqlayıb.
Qadının edam olunması ilə bağlı məlumatı IRNA agentliyi yayıb. Onun vəkilləri də faktı təsdiqləyiblər.