|
Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev bu ölkənin Azərbaycanda səfirliyinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda deyilir: “Azərbaycanla əldə edilən razılaşmaya uyğun olaraq və bu ölkə ilə Qırğızıstan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Qırğızıstanın səfirliyi yaradılsın”.
Fərmanda aidiyyəti qurumlara bir ay müddətində səfirliyin təşkilati və maliyyə məsələlərini həll etmək tapşırılır.