|
Azərbaycanda Həcc ziyarətindən qayıdan zəvvarlardan "Ebola virusu" ilə bağlı ilk müraciət daxil olub
Həcc ziyarətindən qayıdan zəvvarlardan "Ebola virusu" ilə bağlı ilk müraciət daxil olub.
Belə ki, dünən Həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusuna qarşı müayinədən keçmək üçün Respublika Taun Əleyhinə Stansiyaya müraciət edib. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, Sumqayıt sakini olan həmin şəxs öncə “Qaynar xətt”lə əlaqə saxlayıb, sonradan isə birbaşa onunla danışıb. Onun sözlərinə görə, zəvvar "Ebola virusu" təhlükəsi barədə eşitdiyini və bununla bağlı müayinədən keçmək istədiyini bildirib: “Ona məlumat verildi ki, həmin şəxs yerli poliklinikaya müraciət edərək 21 gün ərzində nəzarətdə saxlanılmalıdır. Əgər səhhətində heç bir dəyişiklik olmasa, təhlükə yoxdur. Həm də deyildi ki, temperatur olsa da, həyəcan keçirməsin ki, bu, virusa yoluxmadır. Çünki qış vaxtıdır, ona görə soyuqdəymə və temperatur ola bilər. Belə hallar olarsa, hər ehtimala qarşı həkimə müraciət edilməlidir”.
Ş.Qurbanov qeyd edib ki, müraciət edən zəvvarın heç bir narahatlığı olmayıb, sadəcə ziyarətdən gəldikdən sonra müayinə olunmaq istəyib: “Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Bu xəstəliyin maksimal inqubasiya dövrü 21 gündür. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Virus bədəndə varsa, 21 gün ərzində mütləq özünü göstərəcək”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya deyib ki, Həcc ziyarətinə gedən zəvvarlar fərqli mühitə düşdükləri üçün həm iqlim dəyişikliyi, həm də qidalara görə müxtəlif xəstəliklərə yoluxa bilirlər.
A. Qədirli bildirib ki, bu normal haldır, qorxulu heç nə yoxdur: “Səudiyyə Ərəbistanının yerləşdiyi bölgəyə məxsus xəstəliklər var ki, istər-istəməz orada virusa yoluxma baş verir. Zəvvarlar qayıtdıqdan sonra yerli həkimlərə bununla bağlı kütləvi şəkildə müraciət olunmayıb. Hansısa narahatlıq olarsa, fərdi qaydada müraciətlər edilə bilər”.