|
Avropa Parlamentinin deputatı, Avropa Birliyi-Ermənistan dostluq qrupunun rəhbəri Eleni Teoxarus Dağlıq Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edib.
Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə Avropa Parlamentinin deputatı Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Bununla yanaşı, separatçı qurumun Avropa ilə əməkdaşlıq perspektivi məsələlərinə toxunulub. Qarabağ separatçılarının lideri Bako Saakyan bildirib ki, Avropa ilə münasibətlərin inkişafında maraqlıdırlar.
Qeyd edək ki, Avropa Parlamentinin deputatları dəfələrlə Azərbaycanın işğalda olan ərazilərinə qanunsuz səfərlər ediblər.