"Demokratiyanın müdafiəsinə kömək" İctimai Birliyinin Prezidenti Vidadi İsgəndərli özünə və ailə üzvlərinə qarşı terrorla hədələmə və qanunsuz həbs ediləcəyi ilə əlaqədar etiraz bəyanatı yayıb.
Bəyanatda deyilir:
"Ölkədə insan haqlarını müdafiə edən nüfuzlu bir təşkilat olaraq bildiririk ki, təşkilatın prezidenti, hüquq müdafiəcisi, keçmiş vicdan məhbusu Vidadi İsgəndərliyə və onun ailəsinə qarşı terrora cəhd və terrorla hədələmə faktları günü -gündər reallaşaraq təkzib olunmaz fakt olaraq qalır. Ölkədə korrupsiya və rüşvətə qarşı sistemli şəkildə mübarizə aparmaq, eyni zamanda dövlətin və hüquq-mühafizə orqanlarının köməyindən məhrum olmaq hüquq müdafiəcisi kimi fəaliyyət göstərən təşkilatın prezidentinin həyatına sui-qəsd və terrorla hədələmə faktı günün reallıgına cevrilib.Əgər dövlət və onun güc strukturları vaxtında qabaqlayıcı tədbirlər görməsə amansız terror hadisəsi hər gün baş verə bilər.
Vidadi İsgəndərlinin rəsmi müraciətindən sonra Respublika Daxili İşlər Nazirliyi 5 ay təhqiqat aparmış, cinayəti törətmiş icraçılar və sifarişçilər məlum olsa da DİN tərəfindən cinayət işinin başlanması qanunsuz olaraq rədd edilmişdir. Bununla əlaqədar V. İsgəndərli 2 oktyabr 2014-ci ildə internet TV vasitəsi ilə xalqa və beynəlxalq qurumlara müraciət etmişdir. ( müraciət Yotube vasitəsi ilə yayımlanmışdır ) Məhz onun bu kəskin çıxışından sonra dövlət qurumları tərəfindən onun həbs ediləcəyi baradə təşkilata məlumat daxil olmuşdur . Killerlər tərəfindən isə özünə və ailəsinə real terror olacagı barədə də məlumat daxil olmuşdur.
Bütün bunları nəzərə alaraq DMK İB dünyanın aparıcı dövlətlərinə və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət qəbul edir:
1. ABŞ dövlətindən rəsmi olaraq ailəvi siyasi sıgınacaq istəyirəm.
2. Təhlükəsizliyimin təmin edilməsini Ölkə prezidentindən-İlham Əliyevdən xahiş və tələb edirəm.
3. Bütün bu haqsızlıqları nəzərə alaraq ailəvi Azərbaycan vətəndaşlıgından imtina edirik.
4. Ölkəni tərk edənəcən özüm və ailəmin təhlükəsizliyin təminatının məsuliyyəti ölkə prezidenti İlham Əliyevin üzərində qüşür
(D.M K.) İctimayi Birliyin Mətbuat katibi Mirəli Həmidov
D.M K.) İctimayi Birliyin prezidenti Vidadi İsgəndərli
Təşkilatın vitse prezidenti Oktay İsgəndərli
08 10 2014