Xəbər verdiyimiz kimi, müxalifətin bayraqdarı adı ilə tanınan Elman Türkoğlu “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı, haqqında yaydığı sənədlə bağlı Binəqədi Rayon Məhkəməsinə verib.
O, azvision.az-a açıqlamasında bildirib ki, məhkəmədə sentyabrın 30-u şikayətə baxış keçirilib və oktyabrın 9-a məhkəmə prosesi təyin olunub: ” Ondan əvvəl Xədicə ilə telefon danışığımız olmuşdu. O da mənə xəbər göndərib ki, əcəb eləmişəm, getsin məhkəməyə versin. Mən Xədicənin məndən üzr istəməyini istəmirəm”.
E.Türkoğlu bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə də müraciət etdiyini deyib: “Müraciət etdim ki, yayılan sənəddə MTN-in möhürü saxtadır, yoxsa həqiqidir. Əgər həqiqidirsə, bu sənəd arxivdən niyə çıxarılıb? Milli TəhlüksəzilikNazirliyi isə dedi ki, məhkəməyə müraciət etməliyəm və sənədlər ancaq ora göndərilə bilər”.
Bayraqdar iddia edib ki, jurnalist Xədicə İsmayıl bu adddımı AXCP sədri Əli Kərimlinin tapşırığı ilə atıb: “Xədicə həbxsanada yatacaq, çünki o, mənim şərəf və ləyaqətimi, ailəmi təhqir edib.
Ondan sonra növbə Natiq Ədilova gələcək. Sonra da Əli Kərimli müttəhim kürsüsündə oturacaq. Mən aşağıdan yuxarı gedirəm.
Xədicə İsmayılova bu addımı Əli Kərimlinin tapşırığı ilə atıb. Əli Kərimli öz facebook profilində də yazmışdı ki, MTN-də 600 manata casusluq edən adamı həbs etmirlər, Xədicə İsmayılı həbs edirlər”.
Xatırladaq ki, bir müddət əvvəl “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü, “bayraqdar” Elman Türkoğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması haqda məlumat yaymışdı.