“Keçmiş birinci ledi və ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək və qalib gələcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözlər 84 yaşlı əfsanəvi amerikalı sərmayəçi Uoreen Baffetə məxsusdur: “Hillari qalib gələcək. Mən bu iddiaya pul da qoya bilərəm. Bilirsiniz ki, belə şeyləri elə-belə etmirəm”.
Klinton özü indiyə qədər prezident postu uğrunda mübarizə aparacağı ilə bağlı iddiaları təsdiqləməyib. Baffetin fikrincə, Hillarinin namizəd olacağı ilə bağlı elan mümkün qədər gec açıqlanacaq.
Qeyd edək ki, ABŞ-ın eks-birinci ledisi 2016-cı ildə keçiriləcək prezident seçkilərində 16 potensial namizəd arasında ən məşhurudur. Bunu bu ilin iyulunda Gallup analitik şirkətinin keçirdiyi sorğu da təsdiqləyir.