|
İŞİD İraqın müxtəlif bölgələrində son 3 gündə 19 nəfəri edam edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı İraq İnsan Haqları təşkilatı yayıb.
Təşkilatın verdiyi məlumata görə, öldürülən şəxslər arasında 1 ay öncə qaçırılan türkman millət vəkili İman Məhəmməd Yunus əs-Salman da var.
Terrorçuların cəsədi verməkdən imtina etdiyini bildirən humanitar orqan cəsədin hazırda Təlafər şəhərində olduğunu qeyd edib.