Demokratik Qüvvələrin Milli Şurası Oktyabr ayinin 12-si saat 15:00-da mitinq edəcəyini elan edib. Bununla bağlı Milli Şuranın Sədri Cəmil Həsənli özünün "Facebook" səhifəsində insanları mitinqə səsləyən müraciət paylaşıb.

Teleqraf.az Cəml Həsənlinin müraciətini oxucularına təqdim edir :

Dəyərli dostlar!

Demokratik Qüvvələrin Milli Şurası siyasi məhbusların müdafiəsi məqsədilə oktyabr ayının 12-nə saat 15-ə “Məhsul” stadionuna mitinq təyin etmişdir. Bu aksiyanın keçirilməsi üçün Bakı şəhər icra hakimiyyətinə müraciət edilmişdir. Məqsədimiz Azərbaycan qanunlarına arxalanıb icazəli mitinq keçirməkdir. İnşaatçılar metrosunun yanındakı bu stadion Sizə yaxşı məlumdur. Ötən il bu vaxtlar sizlər orada çox möhtəşəm və əzəmətli mitinqlərin iştirakçıları oldunuz. 

Niyə biz bu mitinqi keirməyə qərar verdik? Bilirsiniz ki, ölkəmizdə siyasi məhbus məsələsi kritik həddə çatmışdır. Bu gün İlham Əliyevin diktatorluq rejimi tərəfindən repressiya edilən siyasi və vicdan məhbuslarının sayı 105 nəfəri ötmüşdür. Siyasi əqidəsinə, vətəndaş mövqeyinə, dini inanclarına görə Azərbaycanın ən ləyaqətli oğul və qızları hazırda zindanlara salınmışdır. Həbs yerlərində belə onlarla orta əsr qaydalarına uyğun rəftar edirlər. Məşhur hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif bəylə bağlı törədilən vəhşiliklər insanlıq adına ləkədir. 37-ci ildən sonra ilk dəfədir ki, ölkəmişzdə siyasi zəmində ailəvi həbslər həyata keçirilir. REAL lideri İlqar Məmmədov, müsavat yetkilisi Tofiq Yaqublunun bir neçə gündür saxlama yeri bəlli deyil. Tanınmış hüquq maarifçisi İntiqam Əliyev vəkillərindən məhrum ediblər, Azərbaycan saatının aparıcısı Seymur Həziyə qarşı təxribatların ardı-arası kəsilmir. Qurban Məmmədov, Rəsul Cəfərov, Hilal Məmmədov, Yadigar Sadıqlı, Fərəc Kərimov, Əliabbas Rüstəmov ilə bağlı baş verənlər hər kəsi heyrətə salır. Anar Məmmədli, Pərviz Həşiml, Bəşir Süleymanlı, Murad Ədilov hansı günahın sahibidir? Rəşad, Rəşadət, Zaur, İlkin, Üzeyir, Məmməd, Şahin, Ömər, Əbdül, Orxan, Rəşad Ramazanov kimi istedadlı gənclərin vətənə xidmət əvəzinə, həbs yerində mənasızcasına saxlanılmasının heç bir izahı yoxdur. Babək Ədaləti və Nemət Pənahlıya verilən işgəncələr insana orta despotizmini xatırladır. Möhsüm Səmədov, Tale Bağırzadə, Abgül Süleymanov kimi imanlı,əqidəli, iradəli ilahiyyətçilərin narkotika ittihamı ilə həbs edilməsi islamın adına və müqəddəs ənənələrinə bir ləkədir. Azərbayca jurnalistkasının ən peşəkar nümayəndəsi kimi Rauf Mirqədirov, Əvəz Zeynallı, Sərdar Əlibəyli, Nicat Əliyev və digərəri saxta ittihamlarla həbsdə saxlanılır. 105-in üstündə olan siyasi məhbusların simvolik olaraq biz yalnız 37-nin adını çəkdik. Amma məramımız Lela Yunus və Rəsul Cəfərov siyahisində yer alan hər kəsi müdafiə etmək, onalara öz dəstəyimizi verməkdir. 

Sevgili dostlar, siyasi partiyalarda təmsil olunan fədakar insanlar, ölkəmizin vətənpərvər gəncləri, vətənimizin gələcək yönətiçiəri olan tələbələrimiz, vətəndaş cəmiyyətinin təqiblərə məruz qalan təmsilçiləri, zülmə qarşı dirəniş göstərən etiqadlı vətəndaşlarımız, kamil iman sahibi olan mömin islam təssübkeşləri bu gün siyasi məhbusların, vicdan zindanilərinin sizin müdafiənizə ehtiyacı vardır. Oktyabrın 12-də saat 15-də “Məhsul” stadionuna gəlin, ölkəmizin ən ləyaqətli oğul və qızlarına öz dəstəyinizi ifadə edin. Siyasi məhbusları müdafə etmək özünü bu ölkənin vətəndaşı bilən hər kəsin vicdan borcudur. Gəlin Əliyev rejiminin kameralarında təhqir edilən, döyülən, əzab və işgəncələrə məruz qoyulan şərəfli vətəndaşlarımızı müdafiə edək, bütövlükdə ölkəmizi alçaldan repressiyalara yox deyək!

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti