Qurban Bayramı ilə əlaqədar Azərbaycanda səfərdə olan Avropa Türk Dərnəkləri Federasyonlarının Almaniya üzrə bürosunun rəhbəri Nihad Güney və Fransa bürosunun rəhbəri Abdulkadir Çakır KXCP Sədri Mirmahmud Mirəlioğlu ilə görüşüblər.
Teleqraf.az-ın xəbərinə görə, səmimi müzakirələr çərçivəsində keçən görüşdə Türk dünyasının problemləri, regionda baş verən proseslər müzakirə olunub. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri ilə bərabər İraqda baş verən hadisələrdən ən çox əziyyət soydaşlarımızın problemləri haqqında da geniş fikir mübadiləsi aparılıb.