|
Fransa gömrükçüləri əməliyyat keçirərək Vatikan kilsəsinin rahiblərindən biri, 91 yaşlı argentinalı kardinal Xorxe Mariya Mexiyaya aid olan maşında 4 kiloqram kokain və 200 qram həşiş aşkar edib.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, avtomobil diplomatik Vatikan nömrəsi daşıyıb. Fransa sərhədçiləri bu avtomobili ölkənin qərbində saxlayıb. Avtomobildə 31 və 42 yaşlı iki kişinin olduğu bildirilib. Saxlanılan şəxslərin adı açıqlanmasa da, onların Vatikan kilsəsinin nüfuzlu rahiblərindən biri olan 91 yaşlı Xorxe Mariyaya yaxın şəxslər olduğu ehtimal olunur.
Artıq Şambren şəhər prokurorluğu narkotik maddələrin satış məqsədi ilə daşınma maddəsi ilə cinayət işi başlayıb. Baş vermiş bu hadisə Vatikanda yenidən gərgin anlar yaşanmasına səbəb olub. Qeyd edək ki, bir müddət öncə Avropanın bir neçə nüfuzlu qəzeti Vatikan rahiblərinin uşaqbaz, pedofil olduğunu bildirmişdi.