|
lV çağırışın başa çatmasına 3 ay qalmış Volqoqrad vilayət Dumasında dəyişikliklər edilib.
Teleqraf.az anspress-ə istinadən xəbər verir ki, əslən azərbaycanlı olan Ruslan Şərifov növbədənkənar keçirilən seçkilərdə qələbə qazanıb.
O, “Lukoyl” şirkətinin keçmiş vitse prezidentinin oğludur.
Ruslan Şərifov 2003-2009-cu illərdə də Volqoqrad vilayət Dumasının deputatı olub.
O, 2009-cu ildə IV çağırışda seçkilərə qatılsa da, bir neçə səs azlığı üzündən deputat mandatını əldə edə bilməmişdi.