|
Minskdə Rusiya prezidenti Vladimir Putinin Ukraynanın dövlət başçısı Petro Poroşenko ilə görüşü ləğv edilib.
Teleqraf.az-ın məlumatına görə, bu haqda Ukraynanın “1+1” kanalı bildirib.
"İndi biz bildik ki, planlaşdırılmış görüşü olmayacaq", - deyə telekanalın müxbiri bildirib.
O əlavə edib ki, prezidentlər gələcəkdə başqa ölkədə görüşə bilərlər.
Daha əvvəl "Ukrayna həqiqəti" qəzeti Ukraynanın Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiyasında baş tuta bilər. Mərasim avqustun 28-də Ankarada keçiriləcək.
"Ukrayna həqiqəti" qəzeti qeyd edir ki, mümkün görüşün formatı indi işlənir. O görüş Ərdoğanın iştirakıyla ikitərəfli, həm də üçtərəfli ola bilər.