|
Putinin Qərbdən yeyinti məhsullarının idxalına son qoyması və illik 12 milyard dollarlıq ixracat fürsətinin Türkiyəyə keçməsi Ərdoğanı hərəkətə gətirib.
Axar.az xəbər verir ki, bu barədə Ərdoğan Nəqliyyat Nazirliyinə çox kritik bir təlimat verib.
Təlimata əsasən, Türkiyədən Rusiyaya ixrac olunacaq malların daşınması məqsədi ilə TIR-lar alınacaq.
Nəqliyyat Nazirliyinə problemin həlli ilə bağlı təlimat verən Ərdoğan çətinliyin aradan qaldırılması üçün Rusiya Prezidenti Vladimir Putinlə danışacağını bildirib.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında yaranan TIR böhranı Moskva hökumətinin türk TIR-larının 42 minə çatan dövriyyəsini 9 minə endirməsi ilə başlamışdı.
Onu da bildirək ki, Türkiyənin yaranmış problemi tez bir zamanda aradan qaldırmaq istəməsi də başadüşüləndir. Çünki Putinin ölkəsinə sanksiya tətbiq edən ABŞ, AB, Kanada, Norveç və Avstraliyadan ət, balıq, meyvə-tərəvəz, süd və süd məhsullarının idxalını dayandırması Türkiyə üçün əlavə fürsətlər açıb.