|
Türkiyənin 12-ci prezidenti seçilən baş nazir Rəcəb Tayyib Ərdoğan AK Partiyanın yeni partiya sədri və Türkiyənin 26-cı baş naziri olmağa namizəd olan adı - xarici işlər naziri Əhməd Davudoğlu olaraq açıqladı.
Aktual.az Türkiyə mətbuatına istinadən Türkiyənin yeni baş nazirliyinə namizəd Əhməd Davudoğlunun həyatı və bilinməyənləri barədə maraqlı məlumatı təqdim edir.
Anası öləndə 4 yaşında imiş
Türkiyəni 26-cı Baş nazir namizədi Əhməd Davudoğlu fevralın 26-da 1959-cu ildə Konyada doğuldu. 4 yaşındakı ikən anası Memnunə xanım həyatını itirdi. Pinəçilik edən atası Mehmet Duran Davudoğlu yenidən evləndi. Yeni ailəsini götürüb İstanbul Fatehə köçdü.
Orta təhsilini İstanbul Kişi Liseyində tamamladı. Məzun olduqdan sonra Boğaziçi Universiteti iqtisadiyyat və idarəetmə fakültəsi siyasət elmi və iqtisadiyyat fakültəsinə daxil oldu. Boğaziçi Universitetində eyni zamanda siyasət elmi və beynəlxalq əlaqələr bölməsində də doktorluq etdi.
İqtisadiyyatda özünü tapa bilmədi
1977-ci ildə litseyi bitirən zaman ictimai sektora yönəlmək arzusunda olan gənc Əhməd atasının israrı ilə Boğaziçi Universitetinin iqtisadiyyat fakültəsinə qəbul oldu. İngilis üçün bir il hazırlıq oxumağı lazım idi. Litseydə alman dilində təhsil aldığı üçün ikinci xarici dildə çətinlik çəkən Davudoğlu təxminən bir ay sonra İngiltərəyə getdi. Boğaziçində iki sahədə təhsil almağa başladı. O, universitetin siyasət elmi hissəsinə də yazıldı. Davudoğlunun siyasət bölməsindəki qrup yoldaşları arasında Adnan Büyükdeniz, Ethem Əldən və Nuray Mert də vardı.
Ustadı Şərif Mardin idi
Qərb və Şərq mədəniyyəti arasında sintez tapmağa çalışan tipik bir alim namizədi olaraq Davudoğlunun, akademiya həyatındakı ən böyük dəstəkçisi müəllimi, professor, doktor Şərif Mardindi. 1986-cı ildə başladığı tezisini sonlandırmadan xülasə kimi universitetin akademik jurnalında nəşr etdirdi. Tezisin nəşri onun üçün böyük bir təşviq oldu. Sonrasında bir-birinin ardınca məqalələr hazırladı.
1993-cü ildə dosent oldu
1990-cı ildə Malaziya Beynəlxalq İslam Universitetində köməkçi dosent olaraq işə başladı. Universitetin siyasət elmi şöbəsini qurdu və 1993-ci ilə qədər rəhbərlik etdikdən sonra elə həmin ildə dosent oldu. Bir il sonra "The Civilizational Transformation and the Muslim World" (Mədəniyyətin çevrilişi və Müsəlman dünyası) kitabını yazdı. Ardından doktorluq dissertasiyası olan "Alternative Paradigms"ı (Alternativ paradiqmalar) kitab nəşr etdirdi.
1984-cü ildə ginekoloq Sare Davudoğlu ilə evləndi
Doğum üzrə mütəxəssisi Sare Davudoğlu həyat yoldaşıyla Malayziyaya getdiyi dövrdə o da universitetin klinikasında vəzifə sahibi did. Hazırda İstanbulda öz ofisində çalışır. Abort əleyhdarı kimi tanınır. Davudoğlu cütlüyünün Səfurə, Meymunə, Həcər Bike və Mehmet adında dörd uşağı var.
"Strateji Dərinlik"
1995-1999-cu illərdə Marmara Universitetinin beynəlxalq əlaqələr fakültəsində müəllimlik etdi. 1998-2002 illərdə isə Silahlı Qüvvələr Akademiyası və Hərb akademilerində özəl dəvətli müəllim olaraq dərs verdi. 1999-cu ildə professor olduqdan sonra Beykent Universitetinə keçən Davudoğlu səs-sədaya səbəb olan kitabını nəşr etdirdi.
Köşə yazarı oldu
Marmara Universitetinin beynəlxalq əlaqələr bölməsində alim olduğu dövrlərdə “Yeni Şafak” qəzetində köşə yazarlığı etdi. Davudoğlu “Yeni Şəfəq”də 200-dən çox yazını qələmə aldı.
Türk və ingilis dillərində səkkiz kitab yazdı
kitablar bunlardır: "Alternative Paradigms: The Impact of Islamic and Western Weltanschauungs on Political Theory", "Civilizational Transformation and the Muslim World", "Tarix idrakı meydana gəlməsində metodologiyanın rolu: Mədəniyyətlərarası qarşılıqlı baxımından dünya tarixi və Osmanlı", "Rewriting of Muslim Politics in the 20th Century: A Retrospective", " Strateji dərinlik: Türkiyənin beynəlxalq mövqeyi", " Qlobal Böhran", "Osmanlı Mədəniyyəti: Siyasət İqtisad İncəsənət", "Nəzəriyyədən praktikaya: Türk Dış Politikası Üzərinə Çıxışlar".
Abdullah Gül ilə tanış oldu
Türkiyənin 11-ci prezidenti Abdullah Gül ilə 1980-ci illərdə tanış oldu və dostluqları irəlilədi. Abdullah Gülün 2002-də baş nazir olması ilə Davudoğlu baş nazirin müşaviri olaraq vəzifəyə başladı. Gülün təklifi ilə o zamankı prezident Əhməd Necdət Sezərin də təsdiqiylə səfir oldu. Gül baş nazirliyi Ərdoğana təhvil verdikdən sonra da vəzifəsinə davam etdi.
Bir müddət "Kölgə (gizli) xarici işlər naziri" olaraq xatırlandı
Əhməd Davudoğlu olduğu dövrdə "kölgə (gizli) xarici işlər naziri" kimi xarici təmaslarda təsirli olmağa başladı. AB ilə təmaslardan, Kipr müzakirələrinə, İraq müharibəsinə qədər hər sahədə dərhal gözə çarpdı. 2007-ci ildə “The Economist” jurnalı Davudoğlunun "Eminence Grise" (Pərdə arxasındakı güc) olaraq elan etdi.
11. Bəzən Erdoğanla fikirləri ayrı düşdü
Avropa Birliyi ilə ilə təmaslardan ta Kipr müzakirələrinədək bir çox sahədə rol alan Davudoğlunun 1 Mart qərar layihəsinə qarşı çıxışı, Böyük Orta Şərq Proyektinə məsafəli yanaşması onu zaman-zaman baş nazir Tayyib Ərdoğan ilə ayrı saldı, ancaq Ərdoğan onunla işləməkdən imtina etmədi.
Ərdoğanın xüsusi təyyarəsi ilə müxtəlif ölkələrə gedən, hökumət adına rəsmi əlaqələrdə olan Davudoğlu, prezident və baş nazirin xarici səfərindən ikitərəfli danışıqların xüsusi görüşlərinədək qatıldı. ABŞ və bəzi Avropa ölkələri, səfirliklər və ya xarici işlər nümayəndələrininyerinə Davudoğlunun telefonuna zəng edə bilə, gələn mesajları sonradan Davudoğlu daxili işlər nazirliyinə məlumat verə bilirdi.
“Gizli Məşəl” görüşməsi böyük hadisə idi
Şamda Fransa prezidenti Sarkozi ilə görüş vəzifəsi MTŞ vasitəsi ilə bildirildi. ABŞ prezidenti Obama gəlmədən əvvəl Vaşinqtona gedib hazırlıqları da o icra edirdi. Suriya, Fələstin və İsrail ilə əlaqəsi sayəsində diqqəti çəkdi. Həmas lideri Xalid Məşəl ilə gizli görüşünün ortaya çıxması çox böyük səs-küy qopardı. Artıq "Türk diplomatiyasının Kissenger'ı", "Kölgə adam", "İncə taktika adamı" olaraq tanınırdı.
13. “Neo-Osmanlı”çılıq ilə günahlandırıldı
1.5 ay içində 11 ölkəyə gedən Davudoğlu bu müddətdə "Neo-Osmanlıcı" olmaqla günahlandırıldı. Özü bu sicilləməni qəbul etmədi. Məqsədi Türkiyəni "mərkəz ölkə" etmək idi. Bölgədəki uçan quşdan belə xəbərdar olmağa çalışırdı.
14. “Qonşularla 0 problem” siyasətini mənimsədi
Davudoğlu ən çox "Qonşularla sıfır problem siyasəti" ilə ön plana çıxdı. Bu siyasəti də tənqid olundu. Səbəbi Xarici işlər naziri olduğu müddətdə Türkiyənin başda sərhəd qonşuları yaşadıqları problemlər, xüsusilə Suriya ilə döyüşmək təhlükəsi ilə üz-üzə qalması səbəb oldu.
15. Ayrı qrupda olmadı
61-ci hökumətdə də vəzifəsinə davam edən AK Partiya Konya Millət vəkili Davudoğlunun yalnız baş nazirlikdən köməkçisi və şagirdi Əli Sarıkaya, başqa katibi və sürücüsü ilə birlikdə işləyir.