|
Onlar İsrailə casusluqda şübhəli bilinirdilər
”Həmas”a bağlı “The Majd” və “Al Rai” saytlarının daha öncədən də verdiyi xəbərdə deyilirdi ki, təşkilatın hərbi qanadı 3 nəfəri edam, 7 nəfəri isə həbs edib. Onlar İsrailin xeyrinə casusluqda ittiham olunurlar.
Bu gün isə bəlli olub ki, daha 11 nəfər eyni ittihama görə edam edilib. Xəbərdə deyilir ki, bu günlərdə “Həmas”ın hərbi rəhbərliyində olan 3 nəfərin hava hücumları zamanı öldürülməsi də casusların əməli kimi dəyərləndirilib. Təşkilat bu qətlə görə yəhudilərdən şiddətli qisas almağa and içib.
“Həmas” yetkilisi deyib ki, edam cəzası “inqilabi proseduralar həyata keçirlidikdən sonra” tətbiq olunub.