|
Bu gün səhər saatlarında "Gündəm- xəbər" qəzetinin baş redkatoru, KXCP Ali Məclisinin üzvü Şirin Cəfəri yaşadığı mənzildə DİN Mütəşəkkil Cinayətlarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Jurnalistin həbsindən öncə onun evində axtarış aparılıb. Axtarış zamanı order təqdim olunmayıb və evdəkilərə qarşı kobudluq edilib. Hazırda jurnalistin "banditizm" idarəsində saxlandığı bildirilir.
Əldə etdiyimiz məlumata Şirin Cəfərinin həbsinə səbəb onun baş redaktoru olduğu "Gündəm- xəbər" qəzetinin bu günki sayında Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov haqqında manşetdə dərc olunan tənqidi yazı olub.
Xatırladaq ki, 2013- cü ildə Vergilər Nazirliyi tərəfindən 71.400 manat həcmində cərimələnən Şirin Cəfəri Kəpəz rayon məhkəməsinin qərarı ilə 3 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Şirin Cəfəri rəhbəri olduğu qəzetdə dərc olunan tənqidi yazılara görə zaman- zaman təzyiqlərə və təqiblərə məruz qalıb. Əsassız məhkəmə çəkişmələrinə cəlb edilib.